Yuxarı

Hitler gestapoçusu namaz qılarkən - Tarixi foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hitler gestapoçusu namaz qılarkən - Tarixi foto

Hitler ordusunda müsəlman polklarının olması heç kimə sirr deyil.

Bu polklarda azərbaycanlılar, tatarlar, özbəklər və digər millətlərin nümayəndələri xidmət keçirdi. Lakin yüksək rütbəli alman zabitləri arasında da islamı qəbul edənlər vardı. Bunlardan ən məşhuru Vilhelm Hinterzatç Almaniyada, yevangelist kilsə xadiminin ailəsində doğulmuşdu. Lap uşaqlıqdan hərb elminə marağı vardı.

Birinci Dünya müharibəsi zamanı gənc Vilhelm artıq Türkiyə ordusunun Baş Qərargahında alman silahlı qüvvələrinin nümayəndəsi idi. Elə Türkiyədə xidmət keçdiyi zaman islamı qəbul etmişdi. O öz adını da dəyişdi. İndi Vilhelmi "Harun Rəşid bəy" deyə çağırırdılar.

Almaniya Birinci Dünya müharibəsində məğlub olduqdan sonra Vilhelm Hinterzatç vətəninə qayıtdı. Berlində kommersiya ilə məşğul olmağa başladı. Hitler Almaniyanın siyasi səhnəsində peyda olduqdan sonra Vilhelm Hinterzatç nasistləri dəstəklədi.

İkinci Dünya müharibəsi başlayanda o, artıq yaşlanmışdı.

Lakin Reyx Vilhelmə etibar edirdi. Elə bu etibarın nəticəsində SS-in müsəlman polkunun komandanlığı ona həvalə edildi. Vilhelmin iki oğlu da özü kimi islamı qəbul etmişdi.

Müharibənin sonuna yaxın isə Vilhelm Hinterzatç – Harun əl-Rəşid bəy 3-cü Reyxin Qüds müftiliyindəki nümayəndəsi idi.

Axar.az Publika.az-a istinadla SS ştandartenfureri Harun əl-Rəşid bəyin nadir fotolarından birini təqdim edir. Foto Vilhelm Hinterzatç namaz qılarkən çəkilib.

Tarix
2015.03.26 / 03:22
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla