Yuxarı

İsrail 350 fələstinlinin yaşadığı kəndi dağıdacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail məhkəməsi İordan çayının qərb sahilində yerləşən, əhalisi 350 nəfərdən çox olan fələstinlilərin yaşadığı Suysa kəndinin yerlə-yeksan edilməsinə qərar verib.

Axar.az xəbər verir ki, məhkəmənin bu qərarı çıxarmasına səbəb sözügedən kəndin sənədsiz olmasıdır.

Fələstinli Xalq Müqavimət Komitəsinin sözçüsü Ratib əl-Cəbur Anadolu agentliyinə verdiyi açıqlamada bildirib ki, məhkəmə fələstinlilərin tez bir zamanda həmin kəndi boşaltmasını tələb edib.

Kəndin İsrailin 1967-ci ildəki işğalından əvvəl qurulduğunu deyən Fələstin rəsmisi məhkəmə qərarının İsrailin bölgədə yəhudi məskunlaşma sahələrini genişləndirməyə xidmət etdiyini deyib.

Xatırladaq ki, İsraillə Fələstin rəhbərliyi arasında 1995-ci ildə imzalanan "İkinci Oslo müqaviləsi" çərçivəsində İordan çayının qərb sahili A, B və C bölgələrinə ayrılıb. 18 faizi əhatə edən "A bölgəsi" nin rəhbərliyi inzibati və təhlükəsizlik olaraq Fələstinə, 21 faizlik əraziyə malik "B bölgəsi"nin inzibati rəhbərliyi Fələstinə, "təhlükəsizliyi" isə İsrail rəhbərliyinə həvalə olunub. Ərazinin 61 faizi isə "C bölgəsi" olaraq İsrailə verilib.

Tarix
2015.03.29 / 20:16
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla