Yuxarı

Ərəb şahzadələri şahinlərinə Salyan göyərçini yedirdir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərəb şahzadələri şahinlərinə Salyan göyərçini yedirdir

18 milyard dollar sərvəti olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid və Qətərin keçmiş əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları da daxil olmaqla ümumilikdə 15-ə yaxın ərəb milyonçusu ov etmək üçün Azərbaycanın Aran zonasına (Salyan, Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Kürdəmir) gəlib.

Publika.az-ın məlumatına görə, ərəb milyonçularının Azərbaycan səfəri martın 23-də başlayıb. Qonaqlar Azərbaycana gələrkən özləri ilə dəbdəbəli "Offroad 4x4" tipli avtomobillərini və bahalı şahin quşlarını da gətiriblər. Onların Azərbaycan səfərinin böyük hissəsi Aran zonasında quş və dovşan ovunda keçir.

Birləşmiş Ərəb Əmirliyindən təşrif buyuran qonaqlar özləri ilə bərabər gətirdikləri bahalı şahin quşlarını yemləmək üçün göyərçin ətindən istifadə edirlər. Bunun üçün onlar Salyan və Aran zonasının digər rayonlarının sakinlərindən göyərçin alırlar. Ərəblərin hər çöl göyərçini üçün 10 manat pul ödədikləri deyilir. Bu məlumatı Publika.az-a Salyan sakinləri də təsdiqləyib.

Qonaqlar səfər etdikləri ərazilərdən fotoları da sosial şəbəkələrdə paylaşıblar.

Tarix
2015.03.30 / 17:14
Müəllif
Axar.az
Digər xəbərlər

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla