Yuxarı

İstanbulda yaşayan azərbaycanlı ailələrə dəstək göstərildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda yaşayan azərbaycanlı ailələrə dəstək göstərildi

01:23

Türkiyənin İstanbul şəhərində yaşayan aztəminatlı azərbaycanlı ailələrə dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi və İstanbulda fəaliyyət göstərən “Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi”nin (ATMD) təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, yardım göstərilənlərin əksəriyyəti 1990-cı illərdə İstanbula gələn və burada məskunlaşan ailələrdir. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar bəzi iş yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılması bütün dünyada olduğu kimi, onların da gündəlik həyatına mənfi təsir göstərib. Mövcud vəziyyəti Diasporla İş üzrə Dövlət Komitəsi nəzarətə götürüb və onlara lazımi yardımlar göstərilir.

Xatırladaq ki, Türkiyədə qeyri-qanuni məskunlaşmış soydaşlarımızın problemlərinin araşdırılması və həlli ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının da daxil olduğu İşçi qrup bir sıra tədbirlər görüb.

Bunun nəticəsi olaraq, onlardan 18 nəfərinə Türkiyə Respublikasının müvəqqəti şəxsiyyət vəsiqəsi verilib, digər şəxslərin sənədlərinin hazırlanması istiqamətində fəaliyyət davam etdirilir.

Tarix
2020.07.13 / 09:30
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla