Ana səhifə Planet |
"Müdafiə Nazirliyinin əməkdaşları Fransada hava təhlükəsizliyi haqqında memorandumu imzalanmağımın qarşısını almaqdan ötrü tutulublar".
Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın keçmiş Müdafiə naziri İrakli Alasaniya çıxış edib.
Onun sözlərinə görə, memorandumun imzalanması 28 oktyabr 2014-cü il üçün nəzərdə tutulmuşdu:
"Məhz həmin gün "Silknet" telekommunikasiya şirkətinin beş əməkdaşını dövlət vəsaitini mənimsəməkdə günahlandırıb tutdular. Onlardan biri Müdafiə Nazirliyinin keçmiş işçisi idi. Daha sonra mənə zəng etdilər və Baş nazirin adından həmin müqaviləni imzalamamağı tapşırdılar. Mən düzgün hesab etmədiyim qərara tabe olmaqdan imtina edəndə Müdafiə Nazirliyinin beş əməkdaşı tutuldu və onlar ümid etdilər ki, mən öz yolumdan yayınacam. Hazırkı Müdafiə naziri Mindiya Canelidze mənə zəng vurduğunu təsdiq etdi. Biz memorandumun bütün detallarını Baş nazir Qaribaşvili və Təhlükəsizlik Şurasının üzvləri ilə razılaşdırmışdıq. Mənim üçün artıq bu, təhqir idi. Anlayırdım ki, bu uzun illər qoyulan embarqodan sonra Gürcüstanın qarşısına çıxmış siyasi şans əldən buraxılacaq. Ona görə də mən bu sənədi imzaladım. Altı ay gözləsəm də, memorandumda razılaşdırılmış bəndlərdən heç biri yerinə yetirilmədi. Əgər buna əməl edilsəydi, ilk növbədə qırıcı, bombardmançı təyyarələr hava məkanımıza daxil ola bilməyəcəkdilər. Biz öz hava məkanımızı tam nəzarət altına ala bilərdik. Bu imkanların əlimizdən çıxmağına əsl səbəb isə İrakli Qaribaşvili və Bidzina İvanişvili oldu".
Tarix
2015.04.05 / 12:25
|
Müəllif
İlkin Həsənov
|