Yuxarı

Şahzadə: “Ürəyim ABŞ-da, ruhum Türkiyədədir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahzadə: “Ürəyim ABŞ-da, ruhum Türkiyədədir”

Osmanlı padşahı V Məhmət Rəşadın nəvəsi Məhmət Nazim Əfəndinin üç oğlundan ilki olaraq 1939-cu ildə Qahirədə doğulan Çingiz Nazim Əfəndi Türkiyə vətəndaşı olub.

Axar.az xəbər verir ki, Nazim Əfəndi Türkiyə vətəndaşlığı haqda sənədi Nyu York səfiri Ərdəm Yalçının əlindən qəbul edib.

Fransa, Livan və Amerika vətəndaşlıqlarından sonra Türkiyə vətəndaşlığına qəbul edilən Çingiz Nazim Əfəndi 263 dollar ödəyərək 10 illik Türkiyə pasportu üçün müraciət alıb. Nazim Əfəndinin həyat yoldaşı amerikalı Suzanna xanım da türk vətəndaşlığına keçmək üçün rəsmi prosedurları başladıb.

Müraciət edəndən təxminən 1 il sonra Türkiyə vətəndaşı olaraq şəxsiyyət vəsiqəsi aldığını bildirən və buna görə çox xoşbəxt olduğunu qeyd edən şahzadə Çingiz Nazim Əfəndi Londondakı əmisi oğlunun və qardaşının da onun kimi yenicə türk vətəndaşı olduğunu deyib.

ABŞ-ı çox sevən şahzadə bunları deyib: "Çox zəngin adam deyiləm, amma ailəmi burada qurdum, buraya çox borcluyam. Amerikanı çox sevsəm də, Osmanlı ruhum Türkiyədədir. Yəni ürəyim ABŞ-da, ruhum Türkiyədədir".

Qeyd edək ki, 24-ü şahzadə, 15-i sultan, 23-ü sultanzadə və 13-ü sultan xanımdan ibarət olan 75 nəfərlik Osmanlı xanədanı 4 müxtəlif qitədə olduğu halda, ailənin ən yaşlı üzvü və ailə başçısı 1924-cü il Parisdə doğulan Osman Bəyazid Əfəndi Nyu Yorkda yaşayır.

Tarix
2015.04.06 / 12:48
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla