Yuxarı

“Çin müharibəyə başlayır - ABŞ mane ola bilməyəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Çin müharibəyə başlayır - ABŞ mane ola bilməyəcək”

Çin növbəti ildə hərbi büdcəsini 10 % - 141 milyard dollar artıracaq.

Axar.az xəbər verir ki, Çinin hərbi gücünü artırmasından danışan ABŞ-ın Sakit okean üzrə donanmasının sabiq rəhbəri Ceyms Fanell Koreya Xalq Respublikasının müharibəyə hazırlaşdığını bildirib. "Australian" qəzeti yazır ki, Çin ABŞ-dan sonra hərbi sahədə ikinci ən böyük bədxərc ölkədir. ABŞ kimi Çində də dünyada təhlükəsizliyi təmin etmək üçün öhdəliklər var. Ancaq Çin ABŞ-dan fərqli olaraq heç kəsi müdafiə etmir, yalnız özü üçün çalışır. Belə olan halda Çinin hərbi xərcləri sürətlə artırması anlaşılan deyil.

Fanell də hərbçilərə müraciətində Çinin müharibəyə hazırlaşdığını, qarşısının alınmayacağı halda müttəfiqlərin sabitliyinin pozulacağını qeyd edib.

Brüssel Universitetinin professoru Conatan Xolslaq hesab edir ki, Çinin qonşuları onun ambisiyaları ilə barışmalıdır. ABŞ heç vaxt həmin bölgəni tutmağa malik deyil. Bu səbəbdən də xoşagəlməz hadisələrlə qarşılaşmaq olar və bu, tez bir zamanda baş verə bilər. Xolslaq Çin və ABŞ arasında faciəvi müharibənin olmayacağını, ancaq iki ölkə arasında uzun müddət gərginliyin hökm sürəcəyini, rəqabətin illərlə davam edəcəyini vurğulayıb. Ekspertin fikrincə, Çin 1945-ci ildən sonra qurulan dünya nizamını pozmaq istəyir. Buna görə o, Asiyada müharibə proqnozlaşdırır.

Tarix
2015.04.07 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla