Yuxarı

Erməni KİV: “Belə getsə, valyuta ehtiyatı yox olacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni KİV: “Belə getsə, valyuta ehtiyatı yox olacaq”

"Ermənistan bir aya 70 milyon dollar itirir".

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın "Aykakan Jamanax" qəzeti yayıb.

Qəzetin məlumatına görə, iqtisadiyyatın bu templə davamı Ermənistanın valyuta ehtiyatını yox çıxaracaq:

"İlk baxışda Mərkəzi Bankın bu açıqlaması yaxşı xəbərdir. Amma sual ondan ibarətdir ki, son illər ərzində bizim rezervlər mütəmadi olaraq 2 milyard dollardan 1 milyard 260 milyona qədər azaldı. Mart ayında isə o birdən-birə 230 milyon dollar qalxdı. Görünür, bir neçə həftə əvvəl avrobondlar vasitəsilə cəlb olunan 500 milyon dollarlıq kreditin 300 milyon dolları xarici rezervlərin doldurulmasına yönəldilib. Xarici rezervlərə 300 milyon dolların yönəldilməsindən sonra dollarla olan rezervlər yalnız 230 milyon dollar həcmində qalxmağı bacarıb. Sadə riyazi hesablama göstərir ki, son bir ay ərzində Ermənistan öz rezervlərini qorumaq üçün 70 milyon dollar xərcləyir. Əgər bu templərlə getsə, Ermənistanın valyuta ehtiyatı yox olacaq".

Qeyd edək ki, bundan öncə Ermənistanın Mərkəzi Bankı valyuta ehtiyatlarının 1 milyard 469 milyon dollar olduğunu açıqlamışdı.

Tarix
2015.04.08 / 11:56
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla