Yuxarı

Türkiyənin “əlini itələdi”, döyüş təlimi başladı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin “əlini itələdi”, döyüş təlimi başladı...

Yunanıstan Türkiyənin yaxşı niyyətinə əsassız şəkildə cavab verdi.

Axar.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Coşqun Başbuğ “Oruc Rəis” gəmisi ilə bağlı NAVTEX elanını dəyərləndirərkən deyib.

“Yunanıstanın mövqeyi qəbuledilməzdir. Şübhəsiz ki, Türkiyə buna ən düzgün şəkildə cavab verdi. Yunanlar Türkiyənin reaksiyasına çıxış yolu tapmaq üçün Avropanın paytaxtlarında “gəzməyə” başladı. Cənab Ərdoğan Merkelin ricası ilə Şərqi Aralıq dənizində tədqiqatları dayandırdı. Ancaq Yunanıstan bu mövzuda heç bir səy göstərmədi. Əksinə, Türkiyənin əlini itələyərək, Misirlə müqavilə imzaladı. Türkiyə də “Oruc Rəis” gəmisi üçün yenidən NAVTEX elan etməkdə haqlıdır”, - ekspert bildirib.

C.Başbuğ qeyd edib ki, bundan sonra Türkiyə bölgədə tədqiqat işlərini davam etdirəcək:

“Ancaq burada kritik bir məsələ var: döyüş atışlı təlimlərin başlaması. Türkiyə bir müddət əvvəl döyüş atışlı təlimlərlə bağlı NAVTEX vasitəsilə elan edib. Əslində burada o dövlətlərə və onları dəstəkləyənlər mesajımız budur: Hər addımınıza qətiyyətli mövqe sərgiləyirik”.

Tarix
2020.08.10 / 12:58
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla