Yuxarı

İran ümrə səfərlərini dayandırdı - Konflikt

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran ümrə səfərlərini dayandırdı - Konflikt

İran İslami İrşad və Mədəniyyət naziri Əli Cənnəti ümrə səfərinin dayandırıldığını açıqlayıb.

Axar.az xəbər verir ki, nazir Səudiyyə Ərəbistanının Ciddə hava limanında iki iranlı gəncə təcavüz edən şəxslərin cəzalandıracağına qədər qadağanın qüvvədə qalacağını bəyan edib.

İran dövlət televiziyasının xəbərinə görə, Cənnəti Tehranda jurnalistlərə verdiyi açıqlamada bildirib ki, bu hadisə İran xalqının qürurunu zədələyib:

"Diplomatik yollarla Səudiyyə Ərəbistanı orqanları ilə əlaqə qurmuşuq. Bizə nəzarətə alınan şəxslərin mühakimə olunacağı barədə söz verdilər. Hətta onların edam ediləcəyini dedilər. Lakin hələ də buna əməl olunmayıb. Biz də xalqımızın qürurunu zədələyən bu hadisəyə qarşı bu qərarı aldıq. İranlı iki gəncə təcavüz edən günahkarlar mühakimə olunana qədər ümrə səfərləri və uçuşlar dayandırılacaq".

Xatırladaq ki, ümrə ziyarəti üçün ötən həftə Səudiyyə Ərəbistanına gedən 2 iranlı gəncə Ciddə hava limanında, axtarış bəhanəsilə ailələrindən ayırılaraq təhlükəsizlik işçiləri tərəfindən təcavüz edilib.

Hadisənin ardından İran Xarici İşlər nazirinin müavini Hüseyn Əmir Abdullahian cinayəti törədən şəxslərin cəzalandırılacağını demişdi. Bu qalmaqaldan sonra ümrə ziyarətlərinin ləğvi gündəmə gəlmiş, 70 millət vəkili Səudiyyə Ərəbistanı rəhbərliyinin hacılara hörmət göstərilməsi və təhlükəsizliklərinin təmin edilməsi mövzusunda zəmanət verənə qədər ümrə ziyarətlərinin ləğvini ehtiva edən təklifi imzalamışdı.

Tarix
2015.04.13 / 16:38
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla