Yuxarı

ATƏT-ə seçkilər bu tarixdə başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATƏT-ə seçkilər bu tarixdə başlayır

ATƏT-in dörd mühüm rəhbər vəzifəsinə (Baş katib, Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin rəhbəri, media azadlığı üzrə nümayəndə və milli azlıqlar üzrə xüsusi nümayəndə) namizədlərin irəli sürülməsi prosesi artıq başa çatıb.

Axar.az xəbər verir ki, Baş katib Tomas Qreminqerin vətəndaşı olduğu İsveçrənin Xarici İşlər Departamenti növbəti seçkilər üçün heç bir namizəd irəli sürmədiyini elan edib. Namizədlərin təklifi qapalı keçirildiyinə görə hazırda yalnız bir nəfər namizədin kimliyi ictimaiyyətə məlum olub. Bu isə Almaniyanın təklif etdiyi və hazırda Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Baş katibi vəzifəsində çalışan Helqa Şmiddir. Növbəti üç il müddətində vəzifələrini icra etməli olan namizədlərin seçki prosesinə sentyabrın 21-də start veriləcək.

ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri Edi Rama bu ilin sonunda keçiriləcək ATƏT Nazirlər Şurasının iclasına kimi bütün mühüm postlar üzrə təyinatların rəsmiləşdirilməsini istəyir. Bu isə elə də asan proses olmaya bilər, çünki beynəlxalq qurumda təmsil olunan 57 dövlətin nümayəndələri hər bir vəzifəyə təyin olunacaq namizəd barədə qərarı konsensus əsasında qəbul etməlidirlər.

Qeyd edilməlidir ki, bu il iyulun 11-də ATƏT-in hər dörd mühüm postuna rəhbərlik edən şəxslərin səlahiyyət müddəti uzadılmayıb və növbəti üç il müddətinə bu postlar üçün yeni seçki prosesinə start verilib.

Tarix
2020.09.20 / 01:04
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla