Yuxarı

Rusiyanın bu şəhəri ermənilərə rədd cavabı verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın bu şəhəri ermənilərə rədd cavabı verdi

Rusiya Federasiyası Komi Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporunun müdaxiləsi ilə qondarma "erməni soyqırımının" 100 illiyinin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Publika.az-a Komidə fəaliyyət göstərən "Azərbaycan" cəmiyyətinin sədri, Uxta şəhər şurasının üzvü Həsən Qasımov məlumat verib.

Onun sözlərinə görə, Uxta şəhərində erməni diasporu qondarma "erməni soyqırımının" 100 illiyinin təntənəli şəkildə respublika səviyyəsində keçirilməsi üçün şəhər şurasında məsələ qaldırıb.

Lakin "Azərbaycan" cəmiyyətin və azərbaycanlı digər fəalların məsələyə müdaxiləsindən sonra ermənilərə rəsmi olaraq rədd cavabı verilib.

Həsən Qasımov bu cür tədbirlərin Komidə yaşayan xalqlar arasında nifaq salmağa xidmət etdiyini bildirib. O, Roma Papasının mövqeyini pisləyib və din xadimi üçün bağışlanılmaz səhv olduğunu bəyan edib.

H. Qasımov Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnaməni heç bir həqiqəti özündə əks etdirməyən və I Dünya müharibəsinin real tarixi hadisələri təhrif edən qərar olduğunu qeyd edib.

Qeyd edək, Komi Respublikasında Azərbaycan cəmiyyəti 1998-ci ildən aktiv fəaliyyət göstərir.

Tarix
2015.04.23 / 20:02
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla