Yuxarı

Prezident Putinin ən çətin anları...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Putinin ən çətin anları...

Vladimir Putinin hakimiyyətə gəlməsinin 15 illiyi ilə bağlı çəkilmiş film bu gün ekranlara çıxacaq.

ANS-in məlumatına görə, bu gün "Rossiya 1" telekanalında göstəriləcək filmin əsasında Rusiya liderinin jurnalist Vladimir Solovyevə verdiyi iki saatlıq müsahibə dayanır.

Putinin filmdə Çeçenistan müharibəsi, "Kursk" sualtı qayığının məhvi, Duörovka terroru, Krımın işğalı kimi dramatik hadisələrdən danışacağı gözlənilir. Filmdə 1999-cu ilin avqust ayında bu yana Rusiyada baş vermiş hadisələr əhatə olunur.

Daha öncə filmlə bağlı yaılan məlumatda bildirilmişdi ki, Vladimir Putin Beslanda və Dubrovkadakı teatr mərkəzində baş vermiş terror hadisələrini hakimiyyətinin ən ağır anları sayıb.

"Bunlar, əlbəttə, dəhşətli terror hadisələridir. Bu, Beslan və Dubrovkadakı mərkəzdir", - deyə Vladimir Putin vurğulayıb.

"Aydın idi ki, məsuliyət böyükdür. Mən özüm üçün qərara aldım ki, başqa seçimim yoxdur. Axıra kimi getməliyəm", - deyə prezident bildirib.

1 sentyabr 2004-cü ildə Ruslan Xaçbarovun rəhbərlik etdiyi 30 nəfərlik dəstə Osetiyanın Beslan şəhərinə hücum edərək 1128 adamı girov götürüb. Girovlar üç gün ərzində ac və susuz idman zalında saxlanmışdı. Hadisə zamanı 335 nəfər ölmüşdü, onlardan 318-i girov olub. Girovlardan 186-sı uşaq olub. 810 nəfər isə yaralanmışdı.

Movsar Barayevin başçılıq etdiyi silahlı qruplaşması 23-26 oktyabr 2002-ci ildə Moskvada "Nord-Ost" müzikli gedən mədəniyyət evinə hücum etmişdi. Terrorçular 900 nəfəri girov götürüb. Hadisə zamanı 130 nəfər girov dünyasını dəyişib.

Tarix
2015.04.26 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla