Yuxarı

İran ABŞ gəmisini azad etdi - Foto/Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran ABŞ gəmisini azad etdi - Foto/Yeniləndi

21:25

İran ABŞ-a aid yük gəmisini müsadirə edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl Arabiyya" kanalı məlumat yayıb.

Məlumata görə, 34 ekipaj üzvünün olduğu gəmi İranın cənubunda yerləşən Bender Abbas limanına aparılır. İran hərbi donanmasının ABŞ gəmisinə atəş açdığı bildirilir.

ABŞ-ın Fars körfəzindəki 5-ci donanmasından hadisə ilə bağlı hər hansı bir açıqlama verilməyib.

22:34

İran bir neçə saat əvvəl saxladığı Marşal adalarının bayrağı altında üzən ABŞ yük gəmisini azad edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Əl Cəzirə" telekanalı məlumat yayıb.

İranın "Tasnim" informasiya agentliyi ABŞ gəmisinin saxlanılmasının arxasında heç bir siyasi və ya hərbi motivin olmadığını qeyd edir.

Gəminin sahibi olan şirkət onun göyərtəsində ABŞ vətəndaşlarının olmadığını bildirib. Məlumata görə, gəmi komandasına Şərqi Avropa və Asiya nümayəndələri daxildir.

Qeyd edək ki, Marşal adaları Sakit okeanda yerləşən müstəqil dövlətdir, 1986-cı ildən ABŞ ilə assosiasiya statusuna malikdir. Marşal adaları suverenliyini qorumaqla təhlükəsizlik və müdafiə sahələri daxil olmaqla bir sıra mühüm hüquqlarını ABŞ-a verib.

Tarix
2015.04.28 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla