Yuxarı

Papanın üzünə iki dəfə telefonu qapatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Papanın üzünə iki dəfə telefonu qapatdı

Şikayətlərini və problemlərini dilə gətirmək üçün ona məktub yazan vətəndaşlarla tez-tez əlaqə saxlayan Roma Papası Fransisk çətin duruma düşüb.

Axar.az xəbər verir ki, Papa müraciət edən bir xəstə ilə əlaqə saxlamaq üçün ona zəng edib. Lakin xəstə onunla danışan şəxsin Papa olduğuna inanmayaraq telefon əlaqəsini kəsib.

Yerli "L'Osservatore Romano" qəzetinin məlumatına görə, Franko Rabuffi adlı vətəndaş bunu zarafat hesab edib və buna görə də Papanın üzünə telefonu bağlayıb. Papa Fransisk ikinci dəfə zəng etsə də, istəyinə nail ola bilməyib. Yalnız üçüncü cəhddə ruhani lider xəstə ilə danışmağa müvəffəq olub.

Qəzetə açıqlama verən Rabuffi danışdığı şəxsin Papa olduğunu bildikdə çox pərtləşdiyini deyib:

"Yaxşı ki, Papa köməyimə yetişdi və məni güldürdü".

Bu hadisədən sonra Papa ilə görüşən Franko Rabuffi ondan üzr istəyib.

Tarix
2015.05.01 / 17:34
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla