Yuxarı

Kremldən Polşaya: “Rus tankları olmasaydı…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremldən Polşaya: “Rus tankları olmasaydı…”

"Faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə Moskvada keçiriləcək hərbi parad Rusiyanın güc nümayişi olacaq".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Polşa Prezidenti Bronislav Komorovski çıxış edib. O, NATO-nun Avropanın şərqindəki hərbi potensialını artırmağa ehtiyac olduğunu bildirib:

"Mayın 9-da Qırmızı Meydan tank meydanı halına gələcək. Polşa sərhədlərindəki hərbi qarşıdurma ehtimalı indiyə kimi heç bu qədər real olmamışdı. Gələcək nəsilləri düşünərək Polşanın təhlükəsizliyini təmin etmək məcburiyyətindəyik. Polşa və NATO-nun Avropanın şərqindəki hərbi potensialını artırmalıyıq".

Rusiyanın Komorovskiyə cavabı isə gecikməyib. Dumanın Xarici Əlaqələr Komitəsinin sədr müavini Leonid Kalaşnikov Komorovskinin şərhlərini mövcud siyasi vəziyyətin yaratdığı itaətkarlıq kimi qiymətləndirib:

"Polşa xalqı İkinci Dünya Müharibəsində ölkələrini rus tanklarının xilas etdiyini unutmamalıdır. Komorovskinin dediyi tanklar olmasaydı, bu gün xəritədə Polşa adlı bir yer yox idi. Polşa rus tankları sayəsində azadlığına qovuşdu və suveren bir dövlət oldu".

Tarix
2015.05.04 / 22:00
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla