Yuxarı

İrəvan Tiflisdən üzr istədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Tiflisdən üzr istədi

"Ermənistan parlamentinin spikerinin qondarma Cənubi Osetiyanın nümayəndəsi ilə görüşməsi çox pis, təhlükəli tendensiyadır".

 

Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın Xarici İşlər naziri Tam Beruçaşvili çıxış edib. Onun sözlərinə görə, bu addımların arxasında çox ciddi və uzağa hədəflənmiş planları olan güclər dayanır:

 

"Biz bu planların reallaşdırılmaması üçün hər şeyi etməliyik. Bizim səfir iki dəfə Ermənistan Xarici İşlər Nazirliyində olub. Gürcüstanın baş naziri bu məsələ ilə bağlı öz həmkarı ilə söhbət edib və onlar praktiki olaraq bizdən üzr istəyiblər. Biz hazırkı mərhələdə situasiyanı gərginləşdirməmək üçün səfiri geriyə çağırmaq istəmirik. Lakin bu məsələ nəzarətdədir. Qorxuram ki, bu epizod sonra yenidən təkrarlana. Ermənistanın bu gün yürütdüyü siyasət, onların bizim qonşuluğumuzda yaşaması bu və ya digər mövzunu Gürcüstanın zərərinə istifadə edəcəyini istisna etmir. Sizi inandırmaq istəyirəm ki, bu məsələ xüsusi diqqət altındadır və biz bunu artıq Brüsselə də söyləmişik. Həmin məsələ onlar üçün də vacibdir". 

 

Qeyd edək ki, bir müddət öncə Ermənistan parlamentinin spikeri Qalust Saakyan qondarma Cənubi Osetiyanın nümayəndəsi Anatoli Bibilovla görüşüb. Rəsmi İrəvan bunun qeyri-rəsmi görüş olduğunu söyləməklə kifayətlənir. Bəzi mənbələr isə hətta Dağlıq Qarabağa gedən Bibilovun Saakyanla burada görüşdüyünü söyləyirlər. 

Tarix
2015.05.08 / 15:08
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

Zakir Həsənov Çində mühüm forumda - Foto

Hakan Fidan Ramil Həsəni ilə görüşdü

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla