Yuxarı

Qaqarin Fidel Kastronun vətənində

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaqarin Fidel Kastronun vətənində

Sovet kosmonavtı Yuri Qaqarinin Kubanın paytaxtı Havanada qəbul edildiyi Milli Havana hotelində büstünün qoyulması planlaşdırılır.

Axar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin rəhbərlik etdiyi Rusiya heyəti Havanadakı görüşlər vaxtı kubalı səlahiyyətli şəxslərə Yuri Qaqarinin büstünü hədiyyə edib.

Havanada keçirilən "II Dünya müharibəsi illərində SSRİ və Latın Amerikası" mövzulu konfransda çıxış edən Sergey Narışkin Yuri Qaqarinin kosmosa uçuşu vaxtı yaşanan hadisələrdən də bəhs edib:

"Yuri Qaqarin azadlıq adası Kubaya qarşı xüsusi hisslər bəsləyirdi. Kuba-Sovet İttifaqı dostluq qrupu rəhbəri olaraq da bunu dəfələrlə vurğulayıb. Qaqarin bütün dünyaya insanın gücünün nə qədər sərhədsiz olduğunu göstərdi. O, həqiqi qəhrəmandı və uğurunu hər kəs qəbul etdi. ABŞ-ın Kuba sahillərini işğal etdiyi vaxtları xatırlayaq. Qaqarinin uğuru və Amerikanın utancverici Kuba işğalı gələcəyin kimlərin olduğunu sübut edir: Gələcək sülhü istəyənlərindir".

Kosmosa uçan ilk latınamerikalı olaraq tarixə düşən kubalı kosmonavt Arnaldo Tamayo Mendez də Yuri Qaqarinin Kubaya ilk səfərində Milli Havana htelində qaldığını xatırladaraq, hotelin foyesində hazırda da Qaqarinin fotosunun olduğunu qeyd edib.

Xatırladaq ki, Havanaya gedərkən Kubanın ən məşhur hotellərindən biri olan Milli Havana hotelində qalan məşhurlar arasında Uinston Çörçill, Uolt Disney və Frank Sinatra da var.

Tarix
2015.05.09 / 00:59
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla