Yuxarı

Paşinyan hakimiyyətdə qalacaqmı? - Erməni politoloqlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan hakimiyyətdə qalacaqmı? - Erməni politoloqlar

Erməni politoloqlar Nikol Paşinyanın hakimiyyətdə qalmaq şanslarını qiymətləndiriblər.

Axar.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” nəşri material hazırlayıb.

Erməni politoloqların Paşinyanla bağlı fikirləri aşağıdakı kimidir:

Stepan Danielyan: Paşinyanın məsələni həll edib-etməyəcəyini zaman göstərəcək. Məncə, fəaliyyəti ilə bağlı istintaqa başlanılacaq. O zaman cəmiyyət daha dəqiq qərar verə biləcək. Hər halda, Paşinyanın bundan sonra hökumətə rəhbərlik etməsi birmənalı olaraq mümkün deyil.

Armen Vardanyan: Paşinyanın öz nüfuzunu möhkəmləndirmək və xəyanətdə ittihamlardan qaçmaq şansı yoxdur. Bəlkə gələcəkdə cəmiyyət onu anlayacaq, amma bunun üçün o, istefa verməli və bütün həqiqətləri söyləməlidir. “Ermənistan ordusu necə uduzub”, “Rusiya bu məsələdə hansı rolu oynayıb” kimi suallar cavablandırılmalıdır. Bəlkə bundan sonra cəmiyyət onu anlayacaq.

Naira Ayrumyan: Hakimiyyətin dəyişdirilməsi əlamətləri var. Doğrudur, məsələnin həll olunması müddətini demək çətindir. Bəlkə üç gündən sonra, bəlkə də iki aydan sonra – istefa mütləq olmalıdır. Aydındır ki, dünya hansısa konkret detallarla bağlı danışıqlara başlamaq və müqavilə bağlamaq üçün hakimiyyətin dəyişikliyini gözləyir. Paşinyan üçün isə yeganə məsələ ondan ibarətdir ki, satqın təkcə o deyil, bu ssenari Nikoldan əvvəl hazırlanmışdı və ən qəddar şəkildə həyata keçirildi.

Tarix
2020.12.02 / 15:10
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla