Yuxarı

KİV: KTMT Ermənistana ordu yeridə bilər - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
KİV: KTMT Ermənistana ordu yeridə bilər - Video

10:13

Ermənistanda daxili siyasi qarşıdurmanın qarşısını almaq üçün KTMT-nin sürətli reaksiya qrupu gətirilə bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə “Lragir.am” saytı çıxış edib.

“10 noyabrdan sonra Ermənistan müxalifəti – 17 partiya etiraz aksiyası keçirir, Paşinyanın istefasını tələb edir. Lavrovun xəbərdarlığından sonra müxalifət Rusiya və Qarabağ bəyanatına qarşı yox, yalnız Paşinyana qarşı etiraz etdiklərini açıqladı. Müxalifətin müharibə məsələsi ilə bağlı ritorikası "Putin hər zaman haqlıdır" məsələsinə döndü.

Belə çıxır ki, baş nazirin istefasını tələb edən siyasi qüvvələr indi Putinə də qarşı mübarizə aparırlar? Rusiyanın siyasi planlarının məntiqi onu deməyə imkan verir ki, bir əllə Paşinyana dəstək verilir, amma digər əllə Moskva Paşinyanı sərt təzyiq altında saxlayır”, – məqalədə bildirilib.

Məqalə müəllifi ölkədəki daxili qarşıdurmanın qarşısının alınması üçün Ermənistana KTMT qüvvələrinin yeridilə biləcəyini iddia edib:

“Əgər hökumət və ya müxalifət Putinin planından kənara çıxsa, bu, real ssenaridir. Lakin hər iki tərəf Moskvaya sədaqət andı içib. Paşinyan hələlik öz öhdəliklərini icra edir, 17 partiya isə cəmiyyətdə ümidsizlik yaymaq missiyasını gerçəkləşdirir.

Burada ikinci bir məqam yaranır. Əgər nəzərə alsaq ki, Ermənistan demək olar ki, 10 noyabr razılaşmasının bütün bəndlərini icra edib, o zaman Rusiya Prezidenti daha hansı bəndlərdən bəhs edir? Rusiya Prezidenti daha hansı çətin hədəflərin olmasını vacib hesab edir və bunun üçün KTMT başçılarından dəstək almağa cəhd edir? Artıq tez-tez 10 noyabr Bəyanatının gizli bəndləri haqqında danışmağa başlayıblar”.

Qeyd edək ki, ötən gün KTMT-nin onlayn konfransında Rusiya lideri Putin təşkilat üzvlərindən Paşinyana dəstək xahiş etmişdi.

Tarix
2020.12.03 / 12:58
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ukraynalı nazir Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

Bayramov Koşerbayevi qəbul etdi - Foto

Bu, bütün dünya üçün təhlükədir - Deputat

İlham Əliyev Pezeşkiana zəng edib, təbrik etdi

İran danışığa məcbur edilib, deməli... – Zülfüqarov

ABŞ, İsrail və İran məğlubdur: Qaliblər sırasında isə Bakı da var

İrana elə bir zərbə vuruldu ki... - Ayağa qalxa biləcək?

İlham Əliyev qazaxıstanlı nazirləri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla