Yuxarı

Prezidentdən təklif: Krım Osmanlı üsul-idarəsinə keçir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən təklif: Krım Osmanlı üsul-idarəsinə keçir

Rusiyanın ilhaq etdiyi Krım Respublikasının Prezidenti Sergey Aksyonov yarımadada sərt qanunların tərəfdarı olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, prezident Osmanlı İmperiyası dövründə tətbiq olunan cəzaların yenidən işlək hala gətirilməsinin fayda verəcəyini deyib:

"Korrupsiya və rüşvətə qarşı sərt mübarizə aparmalıyıq. Bəlkə şübhəlilər və məhkumlar üçün şəffaf şüşəli bir polis avtomobili hazırlayaq? Belə bir vasitə varmı? Şəhər boyu gəzdirmək üçün barmaqlıqlardan ibarət şəffaf bir avtomobil və şübhəlilər. Hər kəs onları görsün. Məncə bu, yaxşı təklifdir".

Osmanlı dövründə günahkarlara verilən cəzaları xatırladan Aksyonov məşhur sovet filmi "Centlmen udaçi" (1971) filmindən sitat gətirərək "Ortaya bir çəllək qoyaq, yanına da polis. Bütün gün boyu günahkar orada qalsın. Yəni bu cür tərbiyəvi tədbirlər olmalıdır".

Xatırladaq ki, sözügedən filmdə professor Nikolay Maltsev adlı şəxs oğruların tərbiyə edilməsi üçün original təklif irəli sürmüşdü:

"Qədim dövrlərdə Türkiyədə tətbiq olunan cəzaları qaytarmalıyıq. Oğrunu içi nəcis ilə dolu olan bir çəlləyə atmalıyıq. Yanında da bir əsgər durmalıdır və hər 5 dəqiqədən bir qılıncı çəlləyin üzərində yelləyir. Bax, beləcə o (oğru) bütün günü çəlləyə başını salır".

Tarix
2015.05.13 / 16:28
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla