Yuxarı

Afinanın planı: NATO Türkiyəyə qarşı buna getməyəcək!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Afinanın planı: NATO Türkiyəyə qarşı buna getməyəcək!

Afina bütün vasitələrlə Ankaranı sıxışdırmağa çalışır. Xüsusilə Türkiyənin NATO-dakı varlığı Afina üçün qəbuledilməzdir. Halbuki bir müddət təşkilatdan çıxan Yunanıstan yenidən üzv olmaq üçün müraciət edərkən ona ən böyük dəstəyi Türkiyə vermişdi.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Yunanıstan xarici işlər naziri Nikos Dendiasın NATO xarici işlər nazirlərinin iclasında Cənubi Kiprin NATO-ya daxil edilməsi haqda təklifini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Yunanıstanın Cənubi Kipri NATO-ya daxil etməkdə tək məqsədi Türkiyəyə təzyiq etməkdir.

“Yunanıstan-Türkiyə münasibətləri gərgin olaraq qalmaqdadır. Ümumiyyətlə, rəsmi Afina son zamanlar bütün vasitələrdən istifadə edərək Türkiyəyə təzyiq etməyə çalışır. Görünür, indi də bu təzyiqi Kipr üzərindən etməyə çalışır.

Əslində, Afinanın bu təklifində müəyyən bir paradoks var. Belə ki, Dendias Avropa Birliyinin adını təsadüfən çəkmir. Türkiyə uzun illərdir təşkilata üzv olmaq istəsə də, başda Fransa, Yunanıstan olmaqla, bir çox üzv bundan narahatdır və hər vasitə ilə rəsmi Ankaraya mane olmağa çalışır. Digər tərəfdən, adını çəkdiyim bu ölkələr həm də Türkiyənin NATO-da olmasını yanlış sayır.

Düşünmürəm ki, Cənubi Kipr nə vaxtsa NATO-ya qəbul edilər. Çünki bu ölkənin təşkilata verə biləcəyi heç bir fayda yoxdur, ola da bilməz. Rəsmi Ankara isə modern və günü-gündən güclənən ordusu ilə NATO-nun vuran əli sayılır. Mahiyyət etibarilə təşkilat Türkiyə ilə Cənubi Kipri müqayisə belə edə bilməz”.

Tarix
2020.12.04 / 09:13
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video

Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...

Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto

Vuçiç İlham Əliyevə zəng etdi

İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur

Putin İlham Əliyevə zəng etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

Prezident və xanımı Xankəndidədir

Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi

Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla