Yuxarı

Şahzadə üçün bir aya 115 min xərcləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahzadə üçün bir aya 115 min xərcləndi

İngiltərə şahzadəsi Harrinin bir aylıq səfəri Avstraliyaya təxminən 115 min dollara başa gəlib.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, şahzadənin təkcə içdiyi su və enerji içkilərinin min dollara tapıldığı bildirilib.

30 yaşlı şahzadə Avstraliya səfəri zamanı xalqın içinə çıxmayıb. Xəbərlərə görə, şahzadənin qaldığı məkanlar üçün 10 min, benzin üçün 4 min, təhlükəsizliyi üçünsə 13 min dollar xərclənib. Ən böyük xərc isə şahzadənin hər hansı təhlükə vaxtı təcili uzaqlaşdırılması üçün gözlədilən tibbi avadanlıqlarla təchiz olunmuş təyyarəyə çəkilən 76 min dollar olub.

On illik hərbi xidmətdən sonra vəzifəsindən uzaqlaşmağa qərar verən şahzadə Harri Avstraliya səfəri əsnasında son dəfə avstraliyalı əsgərlərlə ortaq təlim keçib. Şahzadənin daha əvvəl bir günlük səfəri də Avstraliya hökumətinə 150 min dollara başa gəlmişdi.

Xatırladaq ki, Avstraliya keçən il İngiltərə Baş naziri Devid Kamerun və yapon lider Şinzo Abenin də yer aldığı xarici dövlət adamlarının ölkəyə ziyarəti əsnasına 1.8 milyon dollar xərc çəkmişdi.

Tarix
2015.05.25 / 15:04
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla