Yuxarı

Obamanın aldatdığı küçə rəssamı: “Ona inanırdım”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Obamanın aldatdığı küçə rəssamı: “Ona inanırdım”

ABŞ Prezidenti Barak Obamanın 2008-ci ildəki seçki kampaniyası ərəfəsində məşhurlaşan "Hope" (Ümid) portretinin müəllifi Şepard Feyri hələ də haqqını ala bilməyib.

Axar.az xəbər verir ki, seçki kampaniyasında Obamaya böyük dəstək verən və bir portretlə onu məşhurlaşdıran küçə rəssamı Obamanın səmimiyyətinə inandığını, lakin uzun müddətdən sonra xəyallarının puç olduğunu deyib.

O, "Esquire" jurnalına verdiyi müsahibəsində çəkdiyi portretlə Obamaya böyük dəstək verdiyini, lakin 6 il yarımdan sonra prezidentin yaxınlığına belə buraxılmadığını təəssüflə qeyd edib:

"Həmin zamanlarda ona inanırdım. Ancaq pilotsuz təyyarələri və gizli dinləmələri dəstəkləyəcəyi heç ağlıma gəlmirdi. Daha cəsarətli ola bilmədiyi üçün ona qeyd vərəqəsi verə bilmirəm".

Digər tərəfdən ABŞ xalqını da tənqid edən Feyri ölkədə cahil bir cəmiyyətin formalaşdığını bildirib:

"Amerikalıların cahil və tənbəl olduğunu söyləməkdən zəhləm gedir. Amma əksəriyyəti belədir".

Feyri 2016-cı il seçkilərinə toxunaraq, Hillari Klintonun proqramını bəyəndiyini deyib:

"Hillari Klinton ilə düşüncələrimiz bir çox mövzuda uyğundur. Amma kampaniyanın maliyyələşdirilməsi quruluşu məni əsəbləşdirir".

Tarix
2015.05.29 / 13:53
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla