Yuxarı

Gürcüstan parlamentindən inanılmaz - Qərar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamenti yaxın günlərdə marixuananın leqallaşdırılması məsələsinə baxacaq. Müvafiq qanun layihəsi 28 mayda qanunverici orqana təqdim olunub.

Axar.az Qruziya online-a istinadən xəbər verir ki, bu barədə təklifi parlament azlığının nümayəndəsi olan millət vəkili irəli sürüb.

Təşəbbüskarın iddiasına görə, marixuana və çətənənin həkim resepti olmadan hazırlanması, alınması, saxlanması və istifadəsi cinayət əməli hesab olunmayacaq.

Bununla yanaşı, deputat təklif edir ki, narkotik istifadəsi üçün nəzərdə tutulmuş cərimə 500 laridən 100 lariyə endirilsin.

Qanunsuz elan edilmiş marixuana Gürcüstanın bir çox ərazilərində yabanı şəkildə yetişir və demək olar ki, 2006-cı ilə qədər bütün rayon və kəndlərdə açıq şəkildə istifadə olunub. "Liberal" deputatın sözlərinə görə, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili cinayətkarlıqla mübarizə çərçivəsində narkotikdən istifadəni cinayət əməli kimi təsbitləmişdi.

Daha öncə Gürcüstan Parlamenti narkotik maddələrlə bağlı cinayət əməllərinin cəzasının yüngülləşdirməsini nəzərdə tutan qanuna edilən dəyişiklikləri – satış istisna olmaqla – birinci oxunuşda qəbul etmişdi.

Tarix
2015.05.30 / 00:30
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla