Yuxarı

Türkiyənin gələcəyi kürdlərin səsindən asılıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin gələcəyi kürdlərin səsindən asılıdır

Türkiyədəki 7 iyun parlament seçkiləri ilə bağlı bu ehtimallar olduqca ciddidir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Fərhad Mehdiyev çıxış edib. O, seçkiöncəsi partiyaların səsləri bağlı çox mühüm detalları açıqlayıb:

"1. Kürdlərin səsi olmasa, AKP tək partiya hökuməti qura bilməyəcək. Bu səbəblə də onların səsini almağa məhkumdur.

2. Kürdlər isə siyasi bazarlıq olmadan AKP-yə səs verməyəcəklər. Bu bazarlığın predmeti ən azı Cənub-şərqi Anadolunun özərkliyi, ya da federal quruluşdur.

3. AKP bu bazarlığa getməyəcək. Bunun səbəbi ondadır ki, Cənub-şərqi Anadoluda iki partiya qazana bilər - ya AKP, ya da HDP. CHP və MHP-nin ordan səs alması mümkün deyildir.

4. Bu vəziyyətdə kürdlər səslərini əsasən HDP-yə verəcəklər. Çünki necə olsa, onlara ən yaxın partiya AKP-dir, barajı keçsələr, öz adamlarını çıxaracaqlar, barajı keçə bilməsələr, onların səsi AKP-yə gedəcək".

Politoloq həmçinin onu da bildirib ki,Türkiyənin gələcəyi kürdlərin seçkilərdə verəcəyi səslərdən çox asılı olacaq:

"Kürdlərin səsi bu seçkilərdə Türkiyənin gələcəyini həll edəcək. HDP seçilərsə, Türkiyədə koalisiya hökuməti qurulacaq və Ərdoğanın planları gecikəcək. HDP seçilməsə, Türkiyədə hakimiyyətə bir başqanlıq sistemi və tək adam sistemi gələcək".

Tarix
2015.06.01 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla