Yuxarı

“Bir gecədə milyonçu olanların sonu çatır...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bir gecədə milyonçu olanların sonu çatır...”

"Qərb Ukraynaya yardım göstərilməsi, islahatların aparılması və korrupsiyanın kökünün kəsilməsi istiqamətində artıq birinci addımını atıb".

Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli açıqlama verib.

Sabiq dövlət müşavirinin sözlərinə görə, görünür, Poroşenko bu məsələdə Saakaşvili təcrübəsindən yararlanmağa çalışır:

"Ədliyyə Nazirliyi kimi və bir sıra önəmli postlarda gürcülərin yer alması, eyni zamanda, gömrük xidmətinin rəhbərinin də azərbaycanlı olması Bakı-Tiflis-Kiyev əlaqələrinin inkişafını daha da gücləndirəcək. "Bölgədə oliqarxlar olmayacaq" deməsi ilə Saakaşvili artıq bu işin möhürünü vurub. Demək, vəzifədən sui-istifadə hallarının kökü tezliklə kəsiləcək. Onun Odessa vilayətinə rəhbər gətirilməsində əsas məqsəd bu ərazinin nümunəvi bir əyalətə çevrilməsidir. Zənnimcə, Saakaşvili Odessada buna nail ola biləcək. Ümumiyyətlə, Poroşenkonun özü də artıq oliqarxlıqdan əl çəkərək bütün var-dövlətini ölkəsinin xeyrinə sərf edir. Beləliklə də Ukraynada bundan sonra bir gecədə milyonçu olanların sonu çatacaq".

Politoloqun sözlərinə görə, Saakaşvilinin yenidən vəzifəyə gətirilməsi nəinki Ukraynaya, Azərbaycana da əlavə dividentlər qazandıracaq:

"Oliqarxlar tərəfindən mənimsənilmiş dövlət müəssisələrinin geriyə qaytarılması prosesinə başlanılacaq. Ukraynalılar buna milli ehtiyatın təhdidi kimi baxsa da, proses çox müsbət və ciddi səmərələr verəcək. Bu yeniliyin Azərbaycana da xeyiri olacaq. Çünki güclü Ukrayna Azərbaycan üçün də bölgədə bir sabitlik mənbəyidir. Saakaşvilinin TAP, TANAP istiqamətindəki rolunu da unutmamalıyıq. İnanıram ki, Ukraynadakı vəzifəsindən istifadə edən Saakaşvili bir sıra strateji layihələrin bundan sonra daha rəvan aparılmasına böyük köməklik göstərəcək".

Tarix
2015.06.01 / 13:39
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla