Yuxarı

Nusra: “İranın qollarını kəsəcəyik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nusra: “İranın qollarını kəsəcəyik”

Suriyada Əsəd rejiminə qarşı döyüşən Nusra Cəbhəsinin lideri Əbu Məhəmməd Culaninin "Əl-Cəzirə" televiziyasına verdiyi müsahibənin ikinci hissəsi yayımlanıb.

Axar.az-ın məlumatına görə, Əl Qaidənin Suriya qolunun rəhbəri şiələri və Qərbi hədəf seçmədiklərini deyib. Culani İŞİD-lə sülhün mümkün olmadığını da dilə gətirib:

"Hazırda və ya yaxın gələcəkdə İŞİD-lə danışıqlara başlamaq müzakirə mövzusu deyil. İnşallah, tövbə edərlər və ağıllarını başlarına toplayarlar. Əks halda, döyüşməkdən başqa çarəmiz qalmır".

Nusranın üçdə birinin ABŞ, Asiya, Rusiya və Çeçenistan vətəndaşlarından ibarət olduğunu deyən Culani Əsədin ən böyük dəstəkçisinin İran olduğunu bildirib:

"Tehran əsgər yox, hərbi məsləhətçi göndərir bura. İranın bölgəmizdəki qollarını kəsəcəyik".

İranın İraqı idarə etdiyi barədə gəzən iddiaların həqiqət olmadığını deyən təşkilat lideri bu məsələdə ABŞ-ı günahlandırıb:

"Həqiqət budur ki, ABŞ İraqı işğal etdi və qızıl qabda İrana təqdim etdi".

Tarix
2015.06.04 / 17:40
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla