Yuxarı

Ukrayna ordusu açıqlama yaydı: Separatçıların hücumu...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna ordusu açıqlama yaydı: Separatçıların hücumu...

Ukraynanın Birləşmiş Qüvvələrinin Baş Qərargahı Donbasdakı separatçıların Ukrayna ordusuna hücumu barədə yayılan məlumatlara reaksiya verib.

Axar.az xəbər verir ki, Baş Qərargah Donbas xəttində sutka ərzində rusiyameylli separatçıların beş dəfə atəşkəs rejimini pozduğunu bildirib. Ukrayna əsgərlərinin ölməsi və yaxud yaralanması barədə xəbərlər isə təkzib olunub. Bildirilib ki, insident nəticəsində ukraynalı hərbçilər arasında ölən olmayıb.

“Adveyevka kəndi ərazisində separatçılar 120 və 82-lik minatanlardan Ukrayna bölmələrinin mövqelərini atəşə tutub. Cavab atəşi ilə separatçılar susdurulub”, - məlumatda vurğulanıb.

Ukrayna Baş Qərargahı olayla bağlı lazımı beynəlxalq qurumların artıq məlumatlandırıldığını da diqqətə çatdırıb.

Qeyd edək ki, bundan öncə separatçıların hücumu nəticəsində Ukraynanın 20 hərbçisinin öldüyü, 25-nin yaralanması barədə məlumat yayılmışdı.

Tarix
2021.03.08 / 00:33
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla