Yuxarı

Rusiya ən məşhur kompleksini Ukrayna sərhədinə apardı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ən məşhur kompleksini Ukrayna sərhədinə apardı

Rusiya Mərkəzi Hərbi Dairəsi 119-cu raket briqadasına məxsus “İsgəndər” əməliyyat-taktiki raket komplekslərini Voronej yaxınlığına yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın müdafiə və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış “Janes” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Rusiyanın quru qoşunlarının 14 bölməsi martın sonlarından etibarən Ukrayna sərhədi yaxınlığına yerləşdirilib, ya da yerləşdirilir.

Mərkəzi Hərbi Dairəsindən tanklar, PDM-lər, 152 mm-lik 2C19 MSTA-S topları, özüyeriyən artilleriya, TOS-1A və 220 mm-lik BM-27 “Urağan” reaktiv yaylım atəş sistemləri ilə təchiz olunmuş 74 və 35-ci briqadalar, 120-ci artilleriya briqadası və 6-cı tank alayının dislokasiyasının həyata keçirildiyi bildirilib.

Qeyd edək ki, dünən “Conflict İntelligence Team” jurnalist araşdırmaları layihəsinin rəhbəri Ruslan Leviyev Rusiya Silahlı Qüvvələrinin Ukrayna sərhədi yaxınlığında yeni səhra düşərgəsi yaratdığı ilə bağlı məlumat yaymışdı.

Tarix
2021.04.09 / 09:00
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla