Yuxarı

Yunan nazir Türkiyədə söz atdı, Çavuşoğlu dərhal...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yunan nazir Türkiyədə söz atdı, Çavuşoğlu dərhal...

Türkiyənin Yunanıstanın suveren haqlarını pozması ilə bağlı dedikləriniz düzgün deyil. Mətbuat qarşısında mənə və millətə qarşı ağır ittihamlarla çıxış edərsəniz, cavabını vermək məcburiyyətində qalacağam.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yunan həmkarı Nikol Dendiasla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“İlk görüşümüzün daha konstruktiv atmosferdə keçəcəyinə ümid edirdim. Türkiyəni Yunanıstanın suveren haqlarını pozmaqda ittiham edirsiniz. Bu, düzgün deyil. Türkiyə özünün və Kipr xalqının haqlarını qorumağa qadirdir. Qərbi Frakiya (Batı Trakya) azlığı “türkəm” deyirsə, türkdür! Bunu belə də qəbul etməlisiniz!” - deyə Çavuşoğlu bildirib.

Ardınca isə Dendias belə söyləyib:

“Təxmin etdiyim qədər sizin iş yoldaşlarınız kraldan daha çox kraldır. Şərqi Aralıqda heç bir şey olmayıbmış kimi davrana bilmərəm”.

Çavuşoğlu da öz növbəsində Türkiyənin BMT-nin prinsipləri və hüquq çərçivəsində Şərqli Aralıqda fəaliyyətini davam etdirdiyini əlavə edib.

Qeyd edək ki, görüşdən sonrakı mətbuat konfransında yunan nazirin “Türkiyə bizim suveren haqlarımızı pozarsa, sanksiyalar gündəmə gələcəkdir” cümləsini işlətməsi Çavuşoğlunun haqlı narazılığına səbəb olub.

Xatırladaq ki, yunan nazir bu gün Türkiyəyə səfər edib.

Tarix
2021.04.15 / 21:09
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla