Yuxarı

ATƏT konfransı: Bakıya media təzyiqi tənqid edildi – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATƏT konfransı: Bakıya media təzyiqi tənqid edildi – Video

İyun ayının 15-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyinin təşkilatçılığı ilə "Jurnalistlərin təhlükəsizliyi, media azadlığı və plüralizm" adlı iki günlük konfrans öz işinə başlayıb.

Axar.az xəbər verir ki, ATƏT üzvü olan ölkələrin rəsmi nümayəndələrinin, habelə hüquq müdafiəçiləri və media mənsublarının qatıldığı bu beynəlxalq toplantıda araşdırmaçı jurnalistlər və onların təhlükəsizliyi, habelə konflikt zonalarında mətbuat nümayəndələrinin azadlıq məsələləri, təbliğat və plüralizm problemləri müzakirə edilib.

Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bəzi Avropa ölkələrində, xüsusən də Almaniya, Fransa və İsveçrə mətbuatında Azərbaycan əleyhinə dərc edilən çirkin təbliğat materiallarını tənqid edib. Əhməd Şahidov həmin mətbuat orqanlarında Dağlıq Qarabağın "müstəqil ölkə" kimi təqdim edilməsi hallarına rast gəlindiyini diqqətə çatdırıb və bunu Avropa ölkələrinin ikili standartlarının bariz nümunəsi adlandırıb. Daha sonra birinci Avropa Oyunları barədə danışan ADİHİ rəhbəri Əhməd Şahidov bir sıra Avropa liderlərinin Bakıda keçirilən idman bayramına bilərəkdən qatılmamasını və paralel olaraq, bəzi Avropa mətbuatında birinci Avropa Oyunlarını boykot etmə çağırışlarına rast gəlindiyini təəssüflə qeyd edərək, bunu Avropanın ikili standartları və qərəzi kimi qiymətləndirib.

Tarix
2015.06.16 / 11:57
Müəllif
Əli Taleh
Digər xəbərlər

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında...

Azərbaycanın MDB-yə sədrlik etməsi tarixi məqamdır

Bayramov, Arakçı və Lavrov ayaqüstü söhbət etdi - Video

İranlı din xadimi Azərbaycanla bağlı açıqlamasına görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla