Yuxarı

Mafiyaların qorxunc qadın liderləri – Şok adlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mafiyaların qorxunc qadın liderləri – Şok adlar

Mafiya başçılarından söz düşəndə ilk növbədə Don Karleoni və ya Toni Soprano kimi xarizmatik kişi görüntüsü ağla gəlir. Lakin bir çox qadınlar kişilərdən heç də geri qalmayaraq, cinayət dəstələrinə başçılıq ediblər. Hazırda cinayət dəstələrinin başında duran çoxlu sayda zərif cinsin nümayəndələri var.

Axar.az dünyanı lərzəyə salan həmin 4 əsas cinayətkar qadın liderini təqdim edir:

Klaudiya Oçao Feliks

İnstaqram ulduzu olan bu xanım təkcə açıq-saçıq şəkilləri ilə məşhurlaşmayıb. Klaudiya "Los Ántrax" adlanan Meksika bandasının lideridir. Bu qrupun hesabında sifarişli qətllər də daxil olmaqla, bir çox ağır cinayətlər var. Ağlı və çoxlu sayda cangüdənləri hesabına Klaudiya hələ də əlçatmaz olaraq qalır.

Rafaella Dalterio

Neapolitan mafiyasında xaç atalarıyla yanaşı, xaç anaları da var. Rafaella Dalterio həyat yoldaşı Nikol Pianesenin ölümündən sonra qədim Kamorra mafiya qrupuna başçılıq etməyə başlayıb. Üç il bundan qabaq Rafaella həbs olunmuş və axtarış zamanı evində 10 milyon dollardan çox pul tapılmışdı. Son 30 il ərzində onun bandasının 4 mindən çox cinayət törətdiyi güman edilir.

Cudi Moran

İlk baxışdan adi təqaüdçünü xatırladan bu xanım məşhur Moranov Avstraliya klanının başçısıdır. Bu qrup yaşıl kontinentin ən nüfuzlu narkotik tacirlərindən hesab edilir. Bu mafiya qrupunun adı qanunsuz narkotik satışı ilə yanaşı, bir sıra ağır cinayətlərdə də hallanır. Cudi Moranın özü isə 2009-cu ildə həbs olunaraq 8 il azadlıqdan məhrum edilib.

Mariya Liççardi

Növbəti xaç anası Mariya Liççardidir. Liççardinin başçılıq etdiyi mafiya insan alveri və seksual xidmətlə məşhurlaşıb. Bu qruplaşma alban mafiyasından yetkinlik yaşına çatmamış qızları alır, həmin qızlar İtaliyada yüksək əmək haqqı ilə işə düzəlmək vədilə aldadılırdılar. Müxtəlif səbəblərdən seksual xidmətlərə razılaşmayan qızlar isə güllələnirdilər. Mariya Liççardini yalnız 2001-ci ildə həbs etmək mümkün olub və o vaxtdan bəri məşhur mafiya başçısı dəmir barmaqlıqlar arxasındadır.`

Tarix
2015.06.19 / 08:45
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Bakı onlar üçün vizasız rejim tətbiq etmək istəyir

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla