Yuxarı

Erməni general: Paşinyan dedi ki, ruslar kimdir? - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni general: Paşinyan dedi ki, ruslar kimdir? - Video

09:37

Müharibə dövründə heç olmasa qarın təmizlənməsi, şəxsi heyətin mövqelərə çatdırılması üçün biz dəfələrlə lazımi texnikaların təqdim olunmasını istəmişik, lakin heç nə edilməyib.

Axar.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryan “Yerevan Tudey” saytına müsahibəsində deyib. Onun sözlərinə görə, erməni hökuməti tərəfindən orduya heç bir dəstək göstərilməyib:

“Vəd etdikləri ən primitiv şeyləri vermədilər. Cəbhədə komandan olaraq, mən şəxsən fərarilərin dayandırılması üçün xüsusi dəstələrin yerləşdirilməsini xahiş etmişdim, hətta bunu belə etmədilər”.

O, Paşinyanın savaş zamanı Qarabağda raketlərin buraxılışını Rusiya ilə razılaşdırmaq proseduruna laqeyd yanaşdığını bildirib:

“İstənilən növ raketin buraxılışına izni yalnız Ali Baş Komandan verə bilər, lakin müəyyən hallarda Rusiya ilə razılaşmaya ehtiyac olub. Raketin buraxılması üçün hədəf qoyulmuşdu və ruslarla fəaliyyətin razılaşdırılmasında problem yaranmışdı. O dedi ki, ruslar kimdir, mən burada hər şeyi müəyyən edirəm”.

Tarix
2021.06.01 / 11:05
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla