Yuxarı

Ərdoğan və Putin itirəcək, Bəşər Əsəd qalib gələcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan və Putin itirəcək, Bəşər Əsəd qalib gələcək

Almaniyanın xəbər jurnalı "Der Spigel" 2014-ci ildə hansı liderlərin nələr əldə edəcəyi, nələr itirəcəyinə dair təxmini siyahı hazırlayıb.

"Axar.az"ın məlumatına görə, alman jurnalı Türkiyənin Baş naziri Ərdoğanı itirənlər siyahısında ikinci sırada göstərib.

"Der Spigel" itirənlər siyahısında Vladimir Putini ilk sırada göstərərək, Qafqazda terror hadisələrinin yenidən başladığını, Rusiyanın ən böyük ixracat məhsulları olan neft və təbii qaz qiymətlərinin də ucuzlaşacağını bildirib. Jurnalda daha sonra bildirilir ki, Putin rəhbərliyindən qaçan Rusiyanın zəngin iş adamları pullarını ölkə xaricinə transfer etməyə başlayıb ancaq fevral ayında Soçidə keçiriləcək qış olimpiadası isə Rusiya liderini sevindirəcək.

İtirəcəklər siyahısının ikinci sırasında qərarlaşan Baş nazir Rəcəb Tayyib Ərdoğanın ölkəsində "Gəzi olayları" və "Rüşvət əməliyyatı" hadisələrindən sonra müxalifətin nüfuzunun artdığı bildirilir. Ərdoğanın nüfuzunun getdikcə sarsılması bu il keçiriləcək bələdiyyə seçkilərində AKP-nin işinin asqıya alınacağını göstərir.

Siyahıda üçüncü sırada braziliyalı qadın lider Dilma Rousseff gəlir. Ölkədə keçirilən etiraz aksiyaları və bu il keçiriləcək olan Dünya Çempionatından sonra seçkilərdə çətinliklə üzləşəcəyi göstərilir.

"Der Spiegel"in itirəcəklər siyahısının dördüncü pilləsində Papa Fransesko yer alıb. Papanın Vatikandakı mühafizəkar dairələrin təzyiqlərinə boyun əyəcəyi və islahatlar keçirilə bilməyəcəyi qeyd edilir.

Əfqanıstan prezidenti Həmid Kərzai də alman jurnalının itirəcəklər siyahısında yer alıb. Ölkədə baş qaldıran korrupsiya ittihamları və ABŞ ilə yaşanan gərginlik səbəbi ilə Kərzai çətinlik yaşayacaq.

Digər tərəfdən alman jurnalı qazanc əldə edəcəklər siyahısında ilk sıranı Suriya prezidenti Bəşər Əsədə verib.

Əsədin ölkədə vətəndaş müharibəsi davam edərkən vəzifəsini qoruduğunu bildirən "Der Spiegel" jurnalı daxili savaşda Əl-Qaidənin ittiham ediləcəyini yazıb.

Hindistanlı siyasətçi Narendra Modi qazanc əldə edəcəklər siyahısında ikinci sırada qərarlaşarkən, İranın yeni prezidenti Həsən Ruhani bu siyahıda üçüncü sırada yer alıb.

Çin Baş naziri Li Keqianqın da qazanc əldə edəcəyi bildirilir.

Tarix
2014.01.03 / 02:10
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

ABŞ bu ölkəyə girir, Rusiya qovulur - Kreml susur

Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video

Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...

Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto

Vuçiç İlham Əliyevə zəng etdi

İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur

Putin İlham Əliyevə zəng etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

Prezident və xanımı Xankəndidədir

Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla