Yuxarı

Serj Nikolu müdafiə edir, Köçəryanın səsini alır...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Serj Nikolu müdafiə edir, Köçəryanın səsini alır...

Əgər Serj Sərkisyan Paşinyana həqiqətən zərər vermək istəsəydi, sizi əmin edirəm ki, o, daha ciddi material təqdim edərdi. Ümumilikdə Serj Sərkisyan faktiki olaraq göstərdi ki, Paşinyana qarşı ciddi heç nəyi yoxdur. Digər tərəfdən Sərkisyan göstərdi ki, Nikol kristal kimi təmizdir.

Axar.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Karlos Petrosyan deyib.

“Serj Sərkisyanın 95% antireytinqlə siyasətə qayıtması Paşinyanın xeyrinədir. İnqilabın onu devirməsindən sonra Serj Sərkisyan məhkəmə qarşısına çıxarılmalı, sonra həbsxanaya düşməli idi. 10 illik idarəçilik dövründə o, Ermənistanın daxili borcunu 600% artırdı və Robert Köçəryanın qoyub getdiyi dövləti tam məhv etdi. Lakin o, həbs edilmədi. Əksinə, Sərkisyan partiyada liderliyini saxladı və bu gün o, faktiki olaraq yenidən doğulur. Bunu Sərkisyan Robert Köçəryanın hesabına edir. Belə çıxır ki, Serj Sərkisyan bir tərəfdən Paşinyanı müdafiə edir, onun reytinqini seçki kampaniyasında iştirakla dəstəkləyir, digər tərəfdən Köçəryanın səslərini alır və Vladimir Putinin bostanına daş atır”, – deyə o bildirib.

Tarix
2021.06.12 / 17:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla