Yuxarı

İrandan Ermənistana görə həyəcan təbili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın "Metsamor" atom elektrik stansiyası (AES) və alüminium zavodunun tullantılarının Araz çayına axıdılması bu çay və çay ətrafında yaşayan insanların həyatı üçün təhlükə yaradır. ANS xəbər verir ki, bunu açıqlamasında İran parlamentinin Ətraf mühitin qorunması fraksiyasının sözçüsü Kəmaləddin Pirmüəzzin deyib.

K.Pirmüəzzin bildirib ki, Ermənistan tərəfindən Araz çayına tullantıların axıdılması Ərdəbil əyalətinin Muğan bölgəsində hər il minlərlə insanın xərçəng xəstəliyinə tutulmasına, həyatlarını itirməsinə və digər problemlərə səbəb olur.

Parlament nümayəndəsi İran hökumətindən tez bir zamanda Ermənistanla bu məsələnin həlli üçün danışıqlara başlamağı istəyib: "Qonşu ölkənin hərəkəti xalqımızın narahatlığına səbəb olub və bu qəbulolunmazdır. İran və Ermənistan Araz çayının xilası və ətraf mühitin qorunması üçün əlverişli yol tapmalıdırlar".

K.Pirmüəzzin bu problemin həm də Azərbaycan ərazisində əhali və ətraf mühit üçün problem yaratdığını vurğulayıb və problemin həlli məqsədilə Araz çayının keçdiyi ölkələrin - Azərbaycan, Ermənistan və İranın iştirakı ilə müştərək konsorsiumun yaradılmasını və həmin konsorsium çərçivəsində problemin həlll edilməsini təklif edib.

Qeyd edək ki, Azərbaycan uzun illərdir nüvə tullantılarının yaratdığı təhlükə ilə üz-üzədir. Ermənistanın nüvə tullantılarını işğal etdiyi Azərbaycan torpaqlarında basdırması, "Metsamor" AES-in radiasiya tullantılarını Araz çayı vasitəsilə Xəzər dənizinə axıtması inkaredilməz faktlarla təsdiqini tapıb.

Xatırladaq ki, "Metsamor" AES 1970-ci ildə tikilib. Mütəxəssislərin fikrincə, AES regiondakı seysmik aktivlik səbəbindən təhlükə daşıyır.

Tarix
2015.07.04 / 21:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla