Yuxarı

Saakaşvili: “Bu iyrəncliyə Poroşenko son qoydu”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili David Sakvarelidze və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qriçakın rəhbərliyi altında keçirilmiş əməliyyatdan əldə olunan maddi sübutların fotolarını paylaşıb.

Axar.az xəbər verir ki, Saakaşvili özünün Feysbuk səhifəsində əməliyyatın nəticələrini şərh edib:

"ALFA xüsusi qrupunun döyüşçüləri hücumla Kiyev Prokurorluğunun binasını nəzarətə götürərək Baş Prokurorluq və Kiyev Prokurorluğunun iki generalını həbs etdilər. Aparılan axtarış zamanı onlardan külli miqdarda brilyant və yarım milyon dollar pul götürülüb. Dünəndən bəri bu işi bağlamaq cəhdləri dayanmır, hətta "binanın qanunsuz tutulması"na görə David Sakvarelidzeyə qarşı cinayət işi açılıb.

Bu gün bu iyrəncliyə Prezident Poroşenko son qoydu. O, şəxsən özü bu məsələyə qarışaraq istintaqı dəstəklədi, ona mane olmağı qadağan etdi və işi sona çatdırmağı əmr etdi. Prezidentin reaksiyasından sonra ümid edirəm ki, bu işə mane olmaq istəyənlər öz əməllərinə görə cavab verməli olacaqlar", - Saakaşvili yazıb.

Tarix
2015.07.07 / 13:49
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla