Yuxarı

Avrozona nazirləri Yunanıstana görə toplandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avrozona nazirləri Yunanıstana görə toplandı

Avrozona maliyyə nazirləri dünən Yunanıstanla bağlı 8 saatlıq müzakirələrdən sonra bu gün yenidən bir araya gəliblər.

Axar.az xəbər verir ki, Brüsseldə baş tutan toplantıda maliyyə yardımı üçün yeni təkliflərdən ibarət paketin hazırlanacağı gözlənilir.

Yığıncaqda çıxışı edən Avstriyanın Maliyyə naziri Hans Yörq Şellinq çətin mərhələdə olduqlarını deyib:

"Yunanıstanla əlaqədar bir çox mövzuda Avro qrupunda razılıq baş tutmadı. Çox çətin danışıqlar aparılır".

Finlandiya Maliyyə naziri Aleksandr Stubbe isə Afinanın təkliflərinin o qədər də pis olmadığını bildirib:

"Yunanıstanın şərtlər mövzusunda daha dəqiq olması lazımdır. Dəqiq öhdəliklər, dəqiq şərtlər və dəqiq dəlillər təqdim edilməlidir. Danışıqlarda irəliləyiş var. Lakin daha uzun məsafə qət etmək lazımdır".

İtaliyanın Maliyyə naziri Pietro Carlo Padoan da Yunanıstana qarşı bir etibarsızlıq yarandığını etiraf edib. Onun sözlərinə görə, rəsmi Afina konkret addımlar atmalıdır.

Tarix
2015.07.12 / 16:47
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla