Yuxarı

Rus akademikdən erməni politoloqa: Təxribatçı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus akademikdən erməni politoloqa: Təxribatçı...

Rusiyanın Türkiyəyə qarşı PKK terror təşkilatı ilə əməkdaşlıq etməsinin lazım olduğunu söyləyən erməni əsilli ekspert Semyon Baqdasarov rusiyalı akademik Oleq Matveyçevdən sərt cavab alıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Türkiyə ilə Rusiya arasındakı münasibətləri pozmağa çalışan erməni təxribatçısını sərt şəkildə tənqid edən O.Matveyçev "Türkiyə ilə müharibə yox, sülh olmalıdır" deyib.

S.Baqdasarov Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Suriya mövzusunu müzakirə edəcəyini söyləyib. O, Türkiyənin Suriyada Osmanlı imperiyasını və keçmiş sovet coğrafiyasını yenidən qurmağa çalışdığını iddia edib. Baqdasarov qeyd edib ki, Rusiya Soçi görüşündə İdlib kimi mövzularda güzəştə getməməlidir. Türkiyənin 2015-ci ildə rus döyüş təyyarəsini vurduğunu xatırladan erməni əsilli ekspert terror təşkilatı PKK ilə iş birliyinin qurulmasına ehtiyac olduğunu bildirib.

Oleq Matveyçev Baqdasarovun dediklərinə sərt reaksiya göstərərək onu provokasiya ilə məşğul olduğunu deyib:

"Burada provokasiya ilə məşğulsunuz. Təxribatçı olmayın! Rəcəb Tayyib Ərdoğanın Rusiyanı işğal etmək niyyəti yoxdur. O, Rusiyanın nə olduğunu çox yaxşı bilir. Biz Türkiyə ilə müharibə yox, sülh əldə etməliyik. Tarix boyu Qərb bizi müharibəyə təhrik edib. Bu gün buna ehtiyac yoxdur".

Tarix
2021.09.26 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla