Yuxarı

İŞİD-in “tənha qurdları” Türkiyəyə hücuma hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD-in “tənha qurdları” Türkiyəyə hücuma hazırlaşır

İŞİD terror qruplaşması Türkiyəni yeni terror aktları ilə hədələyib.

Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriyanın şimalındakı İŞİD hədəflərinə hava zərbələri endirməsindən sonra terrorçular buna kurort bölgələrinə hücumla cavab verəcəklərini elan ediblər.

İŞİD-in adından Tvitterdə yayılan xəbərdarlıqlara görə, hotellərdə, çimərliklərdə, muzeylərdə və turistlərim sıx cəmləşdiyi digər yerlərdə terror hücumu gözlənilir.

Abdullah Guraba adlı İŞİD-çinin yaydığı belə mesajlardan birində deyilir: "Qardaşlar, yaxınlarınızı xəbərdar edin! Bu aralar turizm bölgələrindən uzaq dursunlar. İstanbulda da turizm bölgələrindən uzaq durun!"

Eliya Maqner adlı jurnalist isə Tvitterdən Türkiyə hakimiyyətini xəbərdar edib ki, ölkə ərazisində İŞİD-in çoxlu sayda "yatmış özəkləri" və "tənha qurdları" hücuma hazır gözləyir.

Bundan əvvəl Britaniyanın "Daily Mail" nəşri Türkiyənin Qara dəniz sahillərindəki kurortlardan birində istirahətdə olan İŞİD terrorçusu Pasaliasi İsdenin fotolarını yayımlayıb.

Həmin terrorçunun bundan əvvəl Suriyada hökumət əsgərlərini edam edərkən görüntüləri yayılmışdı. Terrorçu Türkiyədə dincələrkən çəkdiyi şəkilləri özü Feysbuk profilində yayıb.

Beləliklə, məlum olub ki, Suriyada baş kəsən İŞİD-çilər dincəlmək üçün maneəsiz Türkiyəyə keçə və Qara dəniz kurortlarında foto çəkdirib sosial şəbəkələrdə yerləşdirə bilirlər. Britaniya nəşri yazır ki, Pasaliasi İsde əvvəllər xristian olub.

Publika.az

Tarix
2015.07.26 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

Zakir Həsənov Çində mühüm forumda - Foto

Hakan Fidan Ramil Həsəni ilə görüşdü

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla