Yuxarı

Muttaki Türkiyədən mesaj verdi: Talibanın tanınmaması...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Muttaki Türkiyədən mesaj verdi: Talibanın tanınmaması...

Əfqanıstanda Taliban hökumətinin hələ ki, heç bir ölkə tərəfindən tanınmamasını əfqan xalqının haqlarının qəsb edilməsi kimi qəbul edirik.

Axar.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Əfqanıstan xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Muttaki deyib.

O bildirib ki, istər Dohada ABŞ və AB nümayəndələri ilə keçirilən görüşlərdə olsun, istərsə də Türkiyədəki iclaslarda biz bunu dilə gətirmişik:

“Dünyada güc tətbiq etməklə, hərbi qiyamla və yaxud bir ailənin seçkilərə təzyiq göstərməsi ilə qurulan dövlətlər var. Niyə bunlar rəsmən tanınır, Əfqanıstandakı faktiki hökumət tanınmır? Bizə görə bu vəziyyət əfqan xalqının haqlarının qəsb edilməsidir. Bu vəziyyət Əfqanıstan iqtisadiyyatına mənfi təsirlər göstərir. ABŞ tərəfindən blok edilən pullar sərbəst buraxılmalıdır. Əgər iqtisadiyyatımız yaxşılaşarsa, o zaman Əfqanıstan bölgədə iqtisadiyyatın və əlaqələrin gücləndirilməsində çox əhəmiyyətli rol oynaya bilər”.

Tarix
2021.10.16 / 19:25
Müəllif
Samir Soltanov
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla