Yuxarı

İsrail İrana qarşı ABŞ və Rusiyanı “birləşdirir”?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail İrana qarşı ABŞ və Rusiyanı “birləşdirir”?

Düşünürəm ki, Rusiya, ABŞ və İsrail arasında görüşün iki konkret problemin aradan qaldırılması istiqamətində böyük əhəmiyyəti var.

Bu sözləri Axar.az-a İtalyanın geosiyasi analitik və beynəlxalq araşdırmalar üzrə düşüncə mərkəzi “Il Nodo di Gordio”nun baş elmi işçisi Andrea Marçilyano Rusiya, ABŞ və İsrail təhlükəsizlik şuralarının rəhbərlərinin gözlənilən görüşü haqda danışarkən deyib.

İtalyalı mütəxəssisin sözlərinə görə, bu problemlərdən birincisi Suriyadakı böhran və ya vətəndaş müharibəsidir:

“İsrail bu münaqişə nəticəsində öz təhlükəsizliyinə təhdid elementlərinin bir az da artacağından qorxur. ABŞ və Rusiya uzun müddətdir davam edən qeyri-stabillik vəziyyətinə bir həll yolu axtarırlar. Ancaq Türkiyənin bu görüşdə olmaması Suriyada fəaliyyət göstərən bütün aktorların iştirakı ilə razılaşdırılmış həll yolunun tapılmasını olduqca çətinləşdirir”.

Ekspertin fikrincə, ikinci qaynar mövzu İranla münasibətlərdir:

“İsrail, ehtimal ki, bu gün mövcudluğu üçün ən böyük təhlükə saydığı problemin həllində Moskvanın vasitəçiliyinə ümid edir. Rusiya da öz müttəfiqi Tehrana qarşı beynəlxalq sanksiyaları yumşaltmaq üçün təzyiq göstərəcək. ABŞ-a gəldikdə, Bayden Administrasiyasının seçiminin nə olduğu hələ də mənə aydın görünmür. Bayden Adminstrasiyasının rəsmi Tehranla sərt siyasəti və ya Obamanın yeritdiyi dialoq siyasətini davam etdirmək istədiyi məlum deyil”, – deyə Marçilyano bildirib.

Xatırladaq ki, daha öncə İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Çvi Rusiya, ABŞ və İsrail təhlükəsizlik şuralarının rəhbərlərinin görüş barədə razılığa gəldiyini açıqlayıb.

Tarix
2021.10.18 / 08:15
Müəllif
Rəfiqə Məmmədzadə
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla