Yuxarı

Milyonlardan imtina edən iş adamları - Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milyonlardan imtina edən iş adamları - Fotolar

"Forbes" həyatlarına milyonlarsız yenidən başlamağı qərara alan dünyanın 10 varlı adamının siyahısını açıqlayıb.

Publika.az-ın xəbərinə görə, siyahıda birinci yerdə "DR International" şirkətinin yaradıcısı Banvarlala Doşi gəlir. O, milyonlarından imtina edərək rahib olmağa qərar verib. Hazırda Doşi ayaqqabı geyinmir, mobil telefon işlətmir. Ağ saridə gəzən Doşi ibadət üçün hər gün səhər 04:00-da yuxudan oyanır.

Siyahının ikincisi "Balli Trading London" şirkətinin rəhbəri Con Kopiskidir. Kopiski vəzifəsindən imtina edərək "Boqdarnya" (Allahın hədiyyəsi) adlı ferma yaradaraq bütün gücünü təsərrüfata yönəldib.

Puldan bezən daha bir iş adamı qeyri-kommersiya şirkəti olan "MyMicroCredit"in yaradıcısı Karl Rabederdir. Avstiryalı biznesmen özünün ilk milyonlarını 32 yaşında qazanıb. 47 yaşında isə bütün sərvəti ilə vidalaşmağı qərara alıb. Villalarını, avtomobilini, milyonluq rəsm kolleksiyalarını satdıqdan sonra qeyri-kommersiya şirkəti – "MyMicroCredit"i yaradıb. Onun şirkəti Afrika, Amerikada kasıblara yardım etməklə məşğuldur. Karlın yaşamına gəlincə, özünə kiçik ev alıb. Çörək pulusunu isə universitetlərdə mühazirələr oxumaqla qazanır. Yeri gəlmişkən, Karlın bu yaşam seçiminə görə həyat yoldaşı onu tərk edib.

Daha bir qəhrəman "Empowered Communications" və "Eme Tech" telekommunikasiya şirkətlərinin rəhbəri Con Pedlidir. Onun həyatında hər şey baş verib. Həbsxanada yatıb, içki düşgünü olub, avtomobil qəzası nəticəsində komaya belə düşüb. Bütün bunlardan sonra imana gəlib və həyatını dəyişməyi qərara alıb. İbadət etməyə başlayan milyançu xeyriyyəçiliklə məşğuldur. Bu məqsədlə o şirkətini, villasını satıb. Əldə etdiyi gəliri "Uganda Vision" fonduna yatırıb.

Eks-prodüser, futbol meneceri Yanuş River də siyahıda yer alır. Dəfələrlə yaşadığı yeri, dinini dəyişən Yanuş nəhayət nə istədiyini tapıb. Bütün pulunu banka yerləşdirərək velisopedi ilə dünya səyahətinə çıxıb. 15 il ərzində velisopedi ilə dünyanın 150-yə yaxın ölkəsini gəzib.

Altıncı sırada Millard Fuller gəlir. Pulunu 30 yaşında qazanan Fuller milyançu olduqdan sonra həyat yoldaşı onu tərk edib. Lakin Fuller sevdiyi qadını geri qaytarmağı bacarıb. Əvəzində biznesini buraxıb. Bütün əmlakını sataraq ferma alıb. Bir zamanlar sahib olduğu milyonları isə "Habitat for Humanity" fonduna köçürüb.

Keçmiş "tekstil baronu" Lyu Tszinçun bütün əmlakını satıb dağlara köçüb. O, dağda öz daxmasında kitab oxumaqla məşğuldur. Maraqlıdır ki, çinli bu addımı avtomobil qəzasından sonra atıb. Belə ki, dostları ilə tətilə gedən iş adamının avtomobili qəzaya uğrayıb. O, kömək gələnə qədər yaxınlıqdakı otellərdən birinə yerləşib. Bu zaman Lyu Tszinçun otel otağında buddizmlə bağlı kitab tapıb. Vaxtını kitabla öldürməyi qərara alıb. Amma o tapan bu tapan - "Tekstil baronu" kitablara bağlanaraq səssizliyin hökm sürdüyü dağlara köçüb.

Hava yolu ilə səyahətə çıxanların, işgüzar səfərə gedənlərin alış-veriş etdikləri "Duty Free"lərin yaradıcısı da puldan imtina edənlərdəndir. Çarl Fini var-dövlətini xeyriyyəçiliyə sərf edib. Özü avtobusla gəzir, 15 dollarlıq saat taxır. Çarlz Fininin evi də yoxdur.

Əntik ticarətindən varlanan ingiltərəli milyançu Qrem Pendrill isə həyat tərzini Afrikaya səfərindən sonra dəyişib. Masai titulu alan milyançu hətta rəsmi tədbirlərə belə dinin buyurduğu xüsusi geyimdə gedir. Bir müddət əvvəl o, Keniyaya köçmək istəsə də, fikrini dəyişib.

Tarix
2015.07.28 / 23:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla