Yuxarı

Rusiya BMT TŞ-nin qərarına veto qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya BMT TŞ-nin qərarına veto qoydu

Rusiya MH17 səfər saylı sərnişin təyyarəsinin bir il öncə Ukraynanın şərqində vurulması ilə bağlı beynəlxalq məhkəmənin qurulması istiqamətində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) qəbul edilən qərara veto qoyub.

Axar.az xəbər verir ki, keçirilən səsvermədə Malayziyanın digər ölkələrlə birgə hazırladığı layihəni 11 ölkə dəstəkləyib. Lakin TŞ-nin daimi üzvü Rusiya qəbul edilməsi üçün yetərli səs qazanan layihəyə veto edib. Anqola, Venesuela və Çin bitərəf qalıb.

İki səhifəlik qanun layihəsində təyyarə faciəsi "beynəlxalq sülh və təhlükəsizliyə təhdid" olaraq qiymətləndirilib və BMT nizamnaməsinin 7-ci bəndinə uyğun olaraq məhkəmənin qurulması nəzərdə tutulub.

Məhkəmənin qurulmasında məqsəd isə Malayziya Hava Yollarına aid MH17 səfər saylı təyyarənin məhv edilməsində əli olan şəxslərin cəzalandırılmasıdır.

Səsvermədən sonra sualları cavablandıran Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin qanun layihəsində siyasi motivlərin olduğunu önə sürüb:

"Biz dəfələrlə bunu həmkarlarımıza izah etmişik. Onları alternativlər üzərində düşünməyə çağırdıq. Ancaq layihəni hazırlayanlar əməkdaşlıq ruhu ilə hərəkət etməyi rədd etdi. Hadisənin beynəlxalq sülh və təhlükəsizliyə təhdid olaraq qiymətləndirilməsi düzgün deyil. Rusiya günahkarların təsbiti və cəzalandırılması məqsədi ilə BMT TŞ-nin 2166 saylı qərarı əsasında müstəqil və tərəfsiz istintaqın aparılmasının tərəfdarıdır. Bu gün sərgilədiyimiz siyasətin cəzasızlığa mükafat verməklə heç bir əlaqəsi yoxdur

Tarix
2015.07.30 / 13:04
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla