Yuxarı

Üç aylıq uşaq “Səni sevirəm” dedi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üç aylıq uşaq “Səni sevirəm” dedi - Video

Amerikanın Nyu-Cersi ştatının sakini Ted Moskalenko üç aylıq oğlu Benin əllərindən tutub onunla danışarkən, həyat yoldaşı Mişel onları videoya çəkib.

Ted oğluna "mən səni sevirəm" deyib və həmin anadək yalnız ayrı-ayrı səslər çıxaran körpə qəfildən susub, sonra isə atasının ardınca həmin ifadəni təkrarlayıb.

Ted videonu Yutuba yerləşdirərkən yazıb: "Körpəm Ben ilk dəfə "Mən səni sevirəm" dedi. Xoşbəxtlikdən arvadımın əlində kamera var idi. Siz də zövq alın! Bizim sevimli körpəmiz gözlədiyimizdən tez böyüyür!"

Video Yuruba yerləşdirilən andan 800 min dəfə baxılıb və ona çoxsaylı şərhlər yazılıb. Lakin, mütəxəssislər qeyd edirlər ki, belə körpələrin "danışmasına" böyük əhəmiyyət verməyə dəyməz. Çünki bu, hələ düşünülmüş nitq deyil, sadəcə, səs təqlididir. Belə hallar nəinki üç aylıq körpələrdə, hətta daha erkən dövrlərdə də baş verir.

"Deyli Meyli" yazır ki, 2015-ci ilin yazında London sakini yeddi həftəlik Arian Sufi də "Mən səni sevirəm" ifadəsini səsləndirə bilmişdi. Bu ilin martında isə 7 həftəlik irlandiyalı körpə "Hello" kəlməsini tələffüz etmişdi.

Tarix
2015.07.31 / 01:42
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla