Yuxarı

Ankara şokda: Türkiyəyə qarşı “dördlər ittifaqı” yaranır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara şokda: Türkiyəyə qarşı “dördlər ittifaqı” yaranır

Türkiyənin diqqətinin PKK terroru və Suriyanın şimalındakı hadisələrə yönəldiyi bir vaxtda Afina və Qahirə kritik addım atıb.

Publika.az xəbər verir ki, yeni Süveyş kanalının açılışından sonra görüşən Yunanıstanın Baş naziri Aleksis Çipras və Misir Prezidenti Əbdülfəttah əl-Sisi Türkiyənin əleyhinə ittifaqın yaradılacağı barədə siqnallar verib.

Çipras ilə Sisi arasında əldə olunan razılaşmaya görə, yaxın gələcəkdə Yunanıstan, Cənubi Kipr və Misirin iştirakı ilə sammit keçiriləcək. Şərqi Aralıq dənizindəki enerji ehtiyatları və dənizdə əməkdaşlığın müzakirə olunacağı sammitdə əhəmiyyətli razılaşmaların əldə oluna biləcəyi deyilir.

Afina ilə Qahirə arasındakı yaxınlaşma İsrailin Yunanıstan və Cənubi Kipr ilə əlaqələrini yaxşılaşdırdığı bir dövrə təsadüf edir. Yunanıstanlı analitiklər dörd ölkə arasında güclənən əlaqələrin yaxın gələcəkdə Türkiyə ilə yeni gərginliyə yol aça biləcəyi ehtimalı üzərində dayanırlar.

Şərqi Aralıq dənizində yuxarıda adı çəkilən 4 ölkə arasında yaxınlaşmanı "Sputnik" agentliyinə şərh edən ekspertlər hesab edir ki, Ankaranın Qahirədəki Sisi hakimiyyətini legitim hesab etməməsi Misiri Cənubi Kipr və Yunanıstana yaxınlaşdırıb.

Tarix
2015.08.08 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla