Yuxarı

“Koka Kola” prezidenti uğurunun səbəbini açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Koka Kola” prezidenti uğurunun səbəbini açıqladı

Hər dəfə tələbələrin və gənc peşəkarların qarşısında çıxış edərkən onların ən çox verdiyi sual: "Biznesdə uğurunuzun əsas səbəbi nədir?" olur. Buna cavab olaraq "Heç vaxt tək şam etmirəm" deyə bildirirəm.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu "Koka Kola" şirkətinin ("Coca-Cola Company") Direktorlar Şurasının sədri və baş direktoru Muxtar Kent biznesdə ən önəmli amillərdən biri sayılan münasibətlər haqda danışarkən deyib:

"Həyatın hər anı müxtəlif insanlarla yeni münasibət qurmaq və ya bu münasibətləri möhkəmləndirmək üçün bir fürsətdir. Münasibətlər onun iştirakçıları üçün bir çox gözəl imkanlar yaradır.

Mənim işimdə ən vacib vasitəçi münasibətdir. Əminəm ki, məhz onun köməyi ilə hazırda "Koka Kola" şirkətinin Direktorlar Şurasının sədri və baş direktoru vəzifəsində çalışıram. Uzun karyeram boyu mənimsədiyim ən əhəmiyyətli ibrət dərsim o olub ki, hər bir münasibət onu xeyir və şərdə bölüşən zaman doğru olur.

1989-cu ildə 36 yaşımda post-sovet və Şərqi Avropa ölkələrində "Koka Kola"nın satışlarına məsuliyyətli idim. Bu, Berlin divarının dağıdılmasından dərhal sonra baş vermişdi. İnsan hüquqları konsepsiyası, söz azadlığı, demokratiya və sahibkarlıq – bunların hamısı həmin ərazilərdə yaşayan 350 milyonluq əhali üçün yenilik idi.

Şübhəsiz ki, hər hansı "Koka Kola" infrastrukturundan söhbət belə gedə bilməzdi. Orada nə "Koka Kola" zavodu, nə də çatdırılma şəbəkələrimiz var idi. Bizim önümüzdə belə bir məqsədlər qoyulmuşdu: bir neçə ay ərzində iyirmidən çox zavod tikmək və müasir çatdırılma şəbəkələrini qaydaya salmaq. Həmçinin nəzərə almaq lazımdır ki, bunların hamısını 23 ölkə ərazisində yerinə yetirməli idik.

O günlərin birində mən dünyanın siyasi və iqtisadi cəhətdən ən izolyasiya edilmiş ölkəsində – Albaniyada oldum. Albaniyanın çox ağır iqtisadi vəziyyəti var idi və əhalisi yoxsulluq şəraitində yaşayırdı. Eyni zamanda, orada inkişaf üçün potensial görmüşdük və burada zavod tikmək qərarına gəldik. Bunun üçün düzgün insanları tapmaq olduqca vacib idi. Mənə yerli stomatoloqla görüşməyə məsləhət gördülər. "Sən bu insanla danışmalısan" – tövsiyə məhz belə səslənirdi.

Görüşümüz diş həkiminin kabinetində baş tutdu. Kabinet soba vasitəsilə qızdırılırdı, oraya odun yerinə meyvə qutuları atılmışdı. Mən onunla çox qısa bir zamanda münasibətimi qurdum və nəticədə ona Albaniyada tapılmayan jurnallar göndərirdim.

Bir il öncə həmin o stomatoloq – Sali Berişa – ilk azad seçkilərin nəticəsində demokratik Albaniyanın prezidenti seçildi. "Koka Kola" ölkə iqtisadiyyatına sərmayə qoyan ilk xarici şirkət oldu, 1993-cü ildə isə bu ölkədə ilk müasir zavodumuz inşa olundu. Prezident şəxsən açılış mərasimində iştirak etdi və lenti kəsdi. Hazırda şirkətimiz Albaniyada 2 000 nəfəri işlə təmin edir.

Tanıdığım yaşlı universitet müəllimi isə Polşanın ilk baş nazirin müavini olmuşdu. Berlin divarının dağıdılması ərəfəsində o, mənə zəng vurub dedi: "Muxtar, siz "Koka Kola" ilə yaxşıcasına hazırlaşın, çünki artıq bu yaxınlarda Polşada hər şey dəyişəcək".

O, doğru söyləmişdi. Məhz bu tövsiyə ilə "Koka Kola" Polşada öz zavodunu aça bildi. Bu, şirkətin 2 il ərzində keçmiş Şərqi blok ölkələrində tikdiyi 23 müəssisədən biri idi.

Adi insan münasibətləri həm biznesdə, həm həyatda çox şey həll edir. İndi "qlobal kənd" dövründə isə münasibətlərin əhəmiyyəti daha da artır".

Tarix
2015.08.25 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla