Yuxarı

Baş nazir: “Biz Türkiyəyə pul göndərməliyik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Baş naziri Viktor Orban Avropa Birliyi Şurasında təşkil etdiyi mətbuat konfransında ölkələrində müsəlman əhali istəmədiklərini açıqlayıb.

Axar.az xəbər verir ki, baş nazir immiqrantların Macarıstana girdiyi halda hamısının qeydiyyata alınacağını, bunun qanuni zərurət olduğunu və sərhədi qorumaq məcburiyyətində olduqlarını bildirib.

Baş nazir Orban Avropa Birliyi ölkələrində rahat səyahəti təmin edən Şengen razılaşmasının riskdə olduğunu söyləyib:

"Bizə görə ölkələr istədiyi qədər müsəlman immiqrant qəbul edə bilər. Bu onların seçimidir. Biz, ölkəmizdə çoxlu müsəlman əhali istəmirik. Sərhədimizi qorumalıyıq. Hər şeyin təməli budur. Macarıstan immiqrant qəbul etməkdən məmnun deyil. Avropanın hər gələni qəbul edəcək halı yoxdur. Bu, Avropanın problemi deyil. Biz sərhədimizi qorumasaq, bütün Şengen sistemi çökər. Əvvəl minlər, sonra on minlər, hazırda milyonlarla insandan bəhs edirik. İmmiqrant olan ölkələri dəstəkləməliyik. Mühacirlər ölkələrinə yaxın yerlərdə qalmalıdırlar. Tək həll yolu budur. İnsanları sülh əldə edilənə qədər ölkələrinə yaxın yerdə saxlamalıyıq. Biz Türkiyə, İordaniya və digər immiqrant olan ölkələrə pul göndərməliyik. Bura gətirmək problemi həll etmir. Bu pulu da AB ölkələri verəcək təbii ki".

Tarix
2015.09.04 / 12:41
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla