Yuxarı

Siyasi müəmma: İŞİD niyə məğlub olmur?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siyasi müəmma: İŞİD niyə məğlub olmur?

ABŞ liderliyindəki koalisiya qüvvələri artıq bir ildir ki, İŞİD mövqelərini bombardman edir. Lakin bu müddət ərzində terrorçular əhəmiyyətli əraziləri qorumağa müvəffəq olub.

Axar.az xəbər verir ki, İŞİD təşkilatına qarşı uğursuz hərbi əməliyyatlar qarşılığında terrorçular itirdikləri canlı qüvvənin yerini də doldura bilib.

İraq və Suriyanın neftlə zəngin ərazilərində "xilafət" quran terrorçular 29 iyul 2014-cü ilədən bu günə kimi nəzarət etdiyi əraziləri itirməyib.

Mütəxəssislər 62 ölkənin dəstək verdiyi koalisiyanın bir il ərzində keçirdiyi əməliyyatları müqayisə edib. Analizlərə görə, təşkilat yalnız bu ilin martında Tikritdə İraq ordusuna məğlub olaraq geri çəkilib. Qalan vaxtlarda isə koalisiya İŞİD-i geri çəkilməyə məcbur edən heç bir əməliyyat reallaşdırmayıb.

Təşkilat bir il ərzində İraqda Fəllucə və Mosulu əlində saxlamağı bacarıb. Bu azmış kimi, terrorçular Ramadini də işğal edib. Ölkənin ən böyük neftayırma zavodunun yerləşdiyi Beyce şəhəri isə təhlükə altındadır.

Suriyada isə Kobani və Tel-Əbyaddan savayı əhəmiyyətli bir itki yaşamayan İŞİD Rakka və Deyr əz-Zoru nəzarətdə saxlayır. Suriya-İraq arasındakı sərhəd qapıları da terrorçuların nəzarətindədir.

Fransanın "Fiqaro" qəzeti İŞİD-in tərkibində 20-30 min döyüşçünün olduğunu yazır. Son bir ildə təşkilat sıralarından 10 min terrorçu azalıb. Lakin buna baxmayaraq, 80 ölkədən 12 min döyüşçü son aylarda "İslam dövləti"nin sıralarına qoşulub.

Yaxın Şərqdə təhlükəli vəziyyətin getdikcə daha geniş diametrə yayılması koalisiyanı elə də narahat etmir. Pentaqon hesabatlarında İŞİD-in zəiflədiyi, avtomobil karvanlarının bombalanması nəticəsində son vaxtlarda yerdəyişmənin daha az olduğu bildirilir. Koalisiya qüvvələri hazırda terrorçuların strateji nöqtələrə daha az silah daşıdığını açıqlayıb.

Pentaqon sözçüsü koalisiya qüvvələrinin 1 illik hesabatında İŞİD hədəflərinin uğurla məhv edildiyini və təşkilatın 30 faiz torpaq itirdiyini açıqlamışdı.

ABŞ-da yayımlanan "Vays Nyus" xəbər portalının analizinə görə, ötən ilin iyul ayından bəri radikal təşkilata qarşı 20 min hava əməliyyatı keçirilib. Bu hücumlarda 10 min hədəf vurulub, 15 minə yaxın terrorçu məhv edilib.

Fəaliyyət çərçivəsində 2550 hərbi personala təlim keçirilib. Bütün bunlar ABŞ-a 3,5 milyard dollar başa gəlib. Hesablamalara görə, bir İŞİD terrorçusunu öldürmək ABŞ-a 250 min dollara başa gəlir.

Mütəxəssislərin fikrincə, İŞİD-ə qarşı təşkil olunan hərbi əməliyyatlar təşkilatın çökməsinə deyil, "havadan nəzarətinə" hesablanıb. Hava əməliyyatları zamanı terrorçuları bir məntəqədən digər məntəqəyə yönləndirilməklə Suriya və İraqda hadisələr idarə olunur.

Tarix
2015.09.08 / 08:15
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Əliyevdən Trampa: Buna əminəm...

Bu xartiya ABŞ-la əlaqələri yeni pilləyə qaldırdı - Prezident

İlham Əliyev Donald Trampı bu sözlərlə təbrik etdi

Azərbaycanda Milli Qurtuluş Günüdür

Prezidentdən 15 iyunla bağlı paylaşım

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı bu paylaşımı etdi

Hikmət Hacıyev Ermənistana necə gedib?

Hikmət Hacıyev Ermənistanda gəzintiyə çıxdı - Video

Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla